“Petkim” 500 mln. dollar kredit cəlb edir
22:00 27.10.2017
Arxiv
558
"Petkim Petrokimya Holding A.Ş.” 500 mln. dollar məbləğində kreditin cəlb edilməsi ilə bağlı qərar qəbul edib.
"APA-Economics” holdinqin yaydığı xəbərə istinadən verir ki, cəlb edilən kredit STAR neft emalı zavodunda birbaşa səhm alışına yönəldiləcək.
"Petkim Petrokimya Holding A.Ş." Türkiyə hökumətinin tərəfindən 3 aprel 1965-ci ildə yaradılıb və Türkiyə yeganə neft-kimya istehsalçısıdır. 2008-ci ildə SOCAR "Petkim" obyektlərinin sahibi olan "Petkim Petrokimya Holding A.Ş."-də səhm nəzarət paketini (51%) əldə edib. "Petkim" 1,9 mln. ton ümumi əsas istehsal gücü ilə əsas və yarımfabrikat neft-kimya xammalı istehsal edir. "Petkim" kompleksi aşağı sıxlıqlı polietilen zavodu, polipropilen zavodu, ətirli karbohidrogenlərin istehsalı üzrə zavod, etilen zavodu, vinil xlorid monomer və polivinil xlorid zavodu, xüsusi tullantı suları zavodu, enerji istehsalı sexi, xüsusi port və 150 mln. kubmetr saxlama həcminə malik Güzzel Hisar anbarı daxil olmaqla, 14 böyük neft-kimya zavoduna malikdir.
SOCAR Türkiyənin Əliağa yarımadasında illik emal həcmi 10 mln. ton neft təşkil edən STAR neft emalı zavodunun inşasına başlayıb. 2011-ci ilin oktyabrında Azərbaycan prezidenti İlham Əliyev və o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə layihənin tikinti-hazırlıq mərhələsinin təməli qoyulub. Zavod ildə 10 mln. ton xam neft (sutkada 214 min barrel neft) emalı gücünə malik olacaq və nafta, dizel, reaktiv yanacaq və digər məhsullar istehsal edəcək. Naftanın "Petkim" üçün karbohidrogen xammalı kimi istifadə üçün, dizel və reaktiv yanacağın isə daxili Türkiyə bazarını təchiz edəcəyi nəzərdə tutulub.
Zavodun qurulmasında əsas məqsəd "Petkim"in xam maddəsi olan naftanın və Türkiyənin idxaldan asılı olan digər məhsullarının istehsal olunmasıdır. Layihənin 2018-ci ildə işə düşməsi planlaşdırılır. Yeni zavod üçün ilkin layihə smeta dəyəri 5,6 mlrd. dollar təşkil edir. 2014-cü ili may ayında 23 beynəlxalq, eləcə də Türk bankları ilə 3,29 mlrd. dollar kredit müqavilələri imzalanıb: bu kreditlərin 2,7 mlrd. dolları 18 il, 600 mln. dolları isə 15 il müddətinə imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya