Portuqaliyada təyyarə çimərliyə düşdü: iki nəfər öldü




Portuqaliyanın paytaxtı və ən iri şəhəri olan Lissabon yaxınlığındakı "Sao Joao" çimərliyi üzərindən havaya qalxan kiçik həcmli turist təyyarəsi təcili eniş edərək çimərliyə düşüb. 

"Sherg.az"ın "Lefigaro.fr"ə istinadən xəbərinə görə, hadisə iki nəfərin -56 yaşlı kişi və 8 yaşlı qız uşağının ölümünə səbəb olub. İlkin məlumat görə, olaya motorun sınması səbəb olub.

Uçuşu həyat keçirənlər isə təlimçi pilot və şagird olub.

Ayyət ƏHMƏD