Prezident İlham Əliyev Balakəndədir




Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də Balakən rayonuna səfər edib.

Sherg.az-ın AzərTAc-a istinadla xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, bu park həm rayon sakinlərinin, həm də qonaqların asudə vaxtlarını səmərəli keçirmək üçün üz tutduqları gözəl məkanlardan biridir. Burada istirahət üçün hər cür şərait yaradılıb.