Qənirə Paşayeva Türkiyə QHT, KİV və aydınları ilə görüşdə....
09:58 27.10.2017
Arxiv
696
Millət vəkili Qənirə Paşayeva Türkiyənin İstanbul, Bolu, Kayseri və Manisa vilayətlərində qardaş Türkiyənin QHT, KİV və aydınları ilə görüşüb.
"Sherg.az"ın xəbərinə görə, xanım deputat eyni zamanda bir sıra türk xalqlarının Türkiyədə fəaliyyət göstərən QHT-ləri ilə də görüşüb. Görüşlər zamanı Q.Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı bu gün Azərbaycanın,Türkiyənin və acılar içərisində olan bəzi türk toplumlarının yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır.
Q.Paşayeva Türk dünyası KİV, QHT və gəncliyini həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. Bu gün bəzi güclərin, onların KİV-lərinin, erməni diaspor, lobbisi və dəstəkçilərinin Azərbaycan və Türkiyə əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri, QHT və KİV-ləri həssas və duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri isə sosial media üzərindən yalan məlumatlarla Azərbaycan və Türkiyəəleyhinə təbliğat aparmağa başlayanlara qarşı ciddi mübarizəyə səsləyib.
Bəzi güclərin qardaş Türkiyədə bəzi şəxsləri ələ alaraq Azərbaycan əleyhinə təbliğat aparmaqla iki qardaş dövlət münasibətlərinə xələl gətirmək niyyətləri ilə bağlı geniş danışan millət vəkili Q.Paşayeva birlikdə bu cür niyyətlərə qarşı sərt mübarizə aparmalıyıq ki hər kəs anlasın ki iki qardaş ölkə münasibətlərinə zərər vurmaq istəyənlər layiq olduqları cavabı alacaqlar deyib. Millət vəkili Türk dünyası QHT və KİV-lərini informasiya müharibəsində fəal olmağa çağırıb.
Millət vəkili Qarabağ həqiqətlərinin daha geniş yayılmasında, qondarma "erməni soyqırımı”na qarşı mübarizədə də Türk dünyası QHT, KİV və aydınlarının üzərinə böyük vəzifələr düşdüyünü vurğulayaraq,onları erməni yalanlarının qarşısının alınması istiqamətində daha fəal mübarizəyə çağırıb. İşğalçı Ermənistanın törətdiyi vandalizm aktları barədə geniş danışan millət vəkili gerçəklərin dünyaya duyurulmasında Türk dünyası QHT,KİV və aydınalrının da üzərinə böyük vəzifələr düşdüyünü xüsusi vurğulayıb.
Azərbaycan və Türkiyə bir millət iki dövlətdir deyən millət vəkili bu birliyin dosta da düşmana da bir məsaj olduğunu söyləyib. Q.Paşayeva Türk dünyası QHT, KİV bə aydınalrına səslənərək topluma örnək olaraq bugünki və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib.
Türk və Müsəlman dünyasının məhz bu düşüncə ilə hərəkət etməsinin vacibliyini xüsusi vurğulayaraq "zaman birlik və bərabərlik zamanıdır” deyib. Millət vəkili onları maraqlandıran sualları da cavablandırıb, konkret tədbirlər və layihjəlıər ətrafında geniş müzakirələr aparılıb. Millət vəkili Q.Paşayeva bir sıra KİV suallarını da geniş cavablandırıb və Azərbaycanla bağlı, Türk dünyası ilə bağlı geniş müsahibələr verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya