Roma Papasının Litvaya səfəri təxminən iki milyon avroya başa gələ bilər
17:52 12.07.2018
Arxiv
426
Roma Papası Fransiskin Litvaya səfəri 1,75 milyon avroya başa gələ bilər. Bu barədə Sputnik Litva agentliyi məlumat yayıb.
AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Litva hökumətində 2018-ci ildə Roma Papasının səfəri ilə əlaqədar əvvəlcədən nəzərdə tutulmayan xərclərin kompensasiya edilməsinin zəruriliyi barədə qərar qəbul edilib. Bu funksiya Litvanın dövlət idarələrinin üzərinə düşür.
Nazirlər Kabinetinin məlumatında deyilir: "Hökumət Roma Papasının Litvaya səfərinin təşkilində Xarici İşlər Nazirliyinin və hökumət dəftərxanasının üzərinə öhdəlik qoyur. Xarici İşlər Nazirliyi büdcə vəsaitlərindən istifadə edilməsi barədə müqavilə hazırlayacaq”.
Litvanın Xarici İşlər Nazirliyinə 1,2 milyon avro, Daxili İşlər Nazirliyinə 248 min avro, Vilnüs özünüidarəetmə orqanına 109 minədək, Kaunas şəhər özünüidarəetmə orqanına 163 minədək, Səhiyyə Nazirliyinə isə təxminən 28 min avro ayrılacağı planlaşdırılır.
Nazirlər Kabinetinin məlumatında, həmçinin qeyd olunub ki, xərclərin məbləği ilkin xarakter daşıyır və ona Maliyyə Nazirliyinin təqdim edəcəyi smetadan sonra yenidən baxılacaq.
Roma Papası Litva Prezidenti Dalya Qribauskaytenin və katolik kilsəsinin dəvətinə əsasən sentyabrın 22-23-də bu ölkəyə səfər edəcək. Səfər çərçivəsində Roma Papasının Litva ictimaiyyəti, gənclər, fiziki imkanları məhdud insanlar, deportasiya edilmiş insanlar, siyasi dustaqlar, habelə yəhudi xalqının nümayəndələri ilə görüşlərinin təşkili planlaşdırılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou