Məzarlıqların bələdiyyələrin və yerli icra hakimiyyətlərinin tabeliyində olduğunu xatırladan hüquqşünas deyib ki, həmin qurumlar nəzarəti həyata keçirməlidir:
Sağlığında qiymət verin insanlara ! - Bahalı məzar daşı qiymət deyil
10:28 27.10.2017
Arxiv
1440
"İnsanları öləndən sonra məzar daşının dəbdəbəsi ilə fərqləndirmək ayıbdır”. İnsanlara sağlığında qiymət vermək lazımdır".
Bunu "Sherg.az”a məzarlıqlarda qəbirüstü abidələrin qadağan edilməsindən danışarkən "Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev deyib.
Onun sözlərinə görə, elə arxitektura nümunələri var ki, xarici ölkələrdə həsəd apararlar:
"Bununla bağlı dövlət standartlarının müəyyənləşdirilməsi lazımdır. Belə olarsa, hüquqi cəhətdən də düzgündür. Qəbirüstü abidələrin yığışdırılması insanlar arasında bərabərlik göstəricilərinin təmin olunması kimi qiymətləndirilə bilər. Dünyanın əksər ölkələrində dövlət standartları mövcuddur.
Bu məsələdə həm inzibati qaydalar, sanksiyalar, həm də təbliğat, təşviqat məsələləri nəzərdə tutulmalıdır. Maarifləndirmə tədbirləri çox vacibdir. Kütləvi informasiya vasitələrində məlumatlandırma həyata keçirilməlidir. Vətəndaş cəmiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən bu prosesə cəlb oluna bilər.
Bəzi hallarda qəbirüstü abidələrin salınmasına əsas verənlər məzarlıqlara rəhbərlik edənlərdir. Onlar pulla bu abidələri satırlar, hətta özlərini məzarlığın sahibi kimi aparırlar. Ona görə, sanksiya məzarlıq sahiblərinə də tətbiq edilməlidir ki, səlahiyyətlərindən sui-istifadə edə bilməsinlər”.
Məzarlıqların bələdiyyələrin və yerli icra hakimiyyətlərinin tabeliyində olduğunu xatırladan hüquqşünas deyib ki, həmin qurumlar nəzarəti həyata keçirməlidir:"Ümumi tənzimləməni isə dini komitə həyata keçirə bilər. Amma əsas məsuliyyət bələdiyyələrin üzərinə düşür”.
Qeyd edək ki, komitə sədri Mübariz Qurbanlının sözlərinə görə, Nazirlər Kabinetinin qərar layihəsi hazırdır. Sədr əlavə vurğulayıb ki, yeni qaydaların tətbiqi keçmiş qəbiristanlıqlara şamil edilməyəcək, yalnız bundan sonra salınacaq məzarlıqlara aid ediləcək.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya