Samuxda 35 yaşlı kişi özünü asaraq intihar edib





Samuxda intihar hadisəsi baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.
Kənd sakini, 35 yaşlı Elşən Nərminov yaşadığı evdə özünü asaraq intihar edib. Onun hansı səbəbdən canına qıydığı hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır.