Son dəqiqə xəbəri: Öcalan köynəkli PKK-çılar parlamenti basdılar

Terror təşkilatı PKK yanlıları, Avropalı Türk Demokratlar Birliyinin ingilis parlamentində təşkil etdiyi yığıncaqda salonda insident çıxardı. "Milliyet" xəbər verir ki, PKK yandaşları üzərində terror təşkilatının başçısı Abdullah Öcalanın  şəkili olan köynəklərlə salona gəlib, Türkiyə əleyhinə şüarlar səsləndirib. Bir neçə nəfər də UETD Siyasi İşlər Başçısı Merve Dəmirə hücum edib.