Təhlükə: Azərbaycanda 6 vulkanın püskürəcəyi gözlənilir
10:50 24.10.2018
Arxiv
777
Azərbaycanda yaxın aylar ərzində və 2019-cu ildə 6 palçıq vulkanının püskürəcəyi gözlənilir. Bunu özəl olaraq Trend-ə AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
Onun sözlərinə görə, Abşeron yarımadasında Bozdağ Qobu, Ələt qəsəbəsində Bahar, Qobustanda Şəkixan, Nardaranaxtarma, Ayazaxtarma, Şıxzərli vulkanlarında püskürmənin olacağı ehtimal olunur.
Professor Bozdağ Qobu və Bahar vulkanlarında püskürmənin güclü ola biləcəyini də söyləyib.
A.Əliyev qeyd edib ki, Bozdağ Qobu vulkanı sonuncu dəfə 1999-cu ildə püskürüb və bu püskürmədən sonra toplanmış enerjinin çıxması üçün imkan yoxdur:
"Əlbəttə, zəlzələ proqnozu kimi vulkan püskürməsinin də proqnozunu vermək çətindir. Amma püskürmənin olacağını ehtimal etmək olar. Adətən püskürmələr arasında vulkanın krater sahəsində mikroform qrupu (qrifon, sopka, salza) yaranır və Yer səthinə arası kəsilmədən qaz, su, palçıq, lehmə çıxır. Bu prosesin aktiv getdiyi ərazilərdə olan vulkanlar püskürmürlər, çünki onun enerjisi artıq çıxarılır. Amma Bozdağ Qobu vulkanında toplanmış enerjinin çıxması üçün imkan yoxdur. Buna görə də həmin vulkanın püskürməsi gözlənilir”.
Palçıq vulkanizmi şöbəsinin rəhbəri qeyd edib ki, fəaliyyəti zəifləyən Ələt qəsəbəsindəki Bahar vulkanının püskürməsinə onun yamaclarından torpaqların qazılaraq daşınması səbəb ola bilər.
Azərbaycanda hər il 2-3 vulkan püskürməsinin (xüsusilə quru sahədə) baş verdiyini xatırladan A.Əliyev qeyd edib ki, bəzi illərdə seysmikliyin artması ilə əlaqədar palçıq vulkanlarının da püskürməsi halları artır.
A.Əliyev bildirib ki, 2011-ci ildən palçıq vulkanlarının püskürməsi baxımından sakit vəziyyət müşahidə edilsə də, 2017-ci il Azərbaycanda vulkanların püskürməsinin aktivləşməsi ilə səciyyələnib. Keçən ilin yalnız birinci yarısında Abşeron yarımadasında (Otmanbozdağ, Lökbatan, Keyrəki) və Şamaxı-Qobustan rayonunda (Bozaaxtarma, Şixzərli, Qarıca və Şəkixan) 7 vulkan püskürüb:
"Bu da rekord göstərici sayıla bilər. Həmin aktivliyin davamını biz bu il də müşahidə edirik. Bu il 5 vulkan (Şamaxı rayonunda Quşçu, Cənubi Qobustanda Torağay (2 dəfə), Hacıqabulda Axtarma-Paşalı, Qaradağda Otmanbozdağ) püskürdü”.
Alim qeyd edib ki, əslində Otmanbozdağ vulkanı 2017-ci ilin fevralında püskürdüyündən bu il onun püskürəcəyi gözlənilmirdi.
Vulkanların püskürməsinə dair məlumatlarda KİV-lərin və bununla bağlı məlumat verən mütəxəssislərin çox diqqətli olmasını da vacib sayan A.Əliyev bunu da əlavə edib ki, sonuncu dəfə bu il sentyabrın 23-də püskürən Otmanbozdağ vulkanı KİV-lərdə dünyanın ən böyük ikinci vulkanı kimi təqdim edildi, eyni zamanda həmin vulkanın püskürməsi zamanı palçığın 200 metrədək hündürə qalxması ilə bağlı yanlış informasiyalar verildi:
"Otmanbozdağ vulkanı əslində, dünyada deyil, Azərbaycanda ən böyük vulkandır. Digər tərəfdən, vulkan palçıq kütləsini 200 metrədək hündürlüyə deyil, ən çoxu, 30-40 metr, nadir hallarda 50 metrə hündürlüyə atır, amma vulkanın alov sütununun hündürlüyü 200-300 metrə və daha hündürlüyə çatır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə