Tibb bacısı o gecəni anladır

'Mən çox yaxşıyam bacı, lütfən məni buraxın, digər yoldaşıma yardım edin"
Beşiktaşdakı terrora reaksiyalar davam edir. Bu arada hücumun olduğu nöqtəyə gündə yüzlərlə adam gedərək dualar edib, qərənfillər qoyur. İctimai mediada paylaşdığı yazı ilə hər kəsi ağladan, polisləri müalicə edən o tibb bacısı da bu gün orada idi.(Milliyet)
İstanbulda xain terrorun reallaşdığı nöqtəyə ən yaxın xəstəxana olan keçmiş  adıyla Gümüşsuyu Hərbi Xəstəxanası... Tibb bacısı o gecəni izah edir:  'Mən çox yaxşıyam bacı, lütfən məni buraxın, digər yoldaşıma yardım edin" deyirdilər."
Şəhidlər üçün hadisə yerinə çələng qoyan işçilərdən biri də o gecə yaralı polislərə ilk müdaxiləni edən Gülsüm Çitçi adlı tibb bacısı idi. Hadisəni eşidər-eşitməz 6 yoldaşıyla birlikdə xəstəxanaya qaçdığını bildirən Citçi, "Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq" deyir.
"Qəhrəmanlarımız" olaraq xarakterizə etdiyi yaralı polislərin tək dərdinin yoldaşları olduğunu izah edən Citçi, " 'Mən çox yaxşıyam bacı, lütfən məni buraxın, digər yoldaşıma baxın' deyirdilər. Hamısının tək qayğısı bu idi. Öz yaralarını, öz qanlarını heç biri görmürdü. Yalnız yoldaşının ağrısını hiss edirdi" deyə danışır.