Tramp: “Türkiyə vazkeçilməz müttəfiqdir”
12:01 28.10.2017
Arxiv
513
ABŞ prezidenti Donald Tramp Türkiyənin 29 oktyabr – Cümhuriyyət bayramı ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
APA-nın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, məktubu ABŞ dövlət katibinin müavini Tomas Şennon Türkiyənin Vaşinqtondakı səfirliyinin təşkil etdiyi bayram ziyafəti zamanı çıxışında oxuyub. Məktubda deyilir:
"Türkiyə Cümhuriyyətinin qurulmasının 94-cü ildönümü münasibətilə Amerika xalqının sizə və bütün türk xalqına ən xoş diləklərini çatdırıram. 60 ildən çoxdur ki, yaxın NATO müttəfiqi olaraq ölkələrimiz bir çox qlobal və regional problem qarşısında birlikdə çalışır. Regional təhlükəsizliyin artırılması, İŞİD və PKK daxil olmaqla, terrorizmin bütün növlərinə qarşı mübarizədə Türkiyə vazkeçilməz bir müttəfiqdir. ABŞ Türkiyə hökumətinin və türk xalqının 3 milyon qaçqına tayı-bərabəri görünməmiş ev sahibliyi etməsini təqdir edir. Əvvəlcə Ağ Evdə, sonra isə sentyabr ayında BMT Baş Assambleyasında davam etdirdiyimiz dialoq ikitərəfli əlaqələrimizin önəminin göstəricisidir. Həm bölgənin sülh və rifahı üçün, həm də ticarət əlaqələrimizi, yatırımlarımızı gücləndirmək üçün birlikdə çalışmağı səbirsizliklə gözləyirik. Ölkələrimizin nə qədər uzun bir tarixi paylaşdığını xatırladan önəmli məqamlardan biri də bu ilin Türkiyənin ABŞ-a ilk dəfə səfir göndərməsinin 150-ci ildönümü olmasıdır”.
D. Tramp məktubunda 15 iyul 2016-cı il hərbi çevriliş cəhdinə də toxunub: "ABŞ-ın Türkiyədəki demokratik qurumlara olan dəstəyini bir daha təsdiqləyərkən 2016-cı ilin iyulundakı çevriliş cəhdini qınadığımızı xatırlatmaq istərdim. O faciəli gündə demokratiyaya sahib çıxan qərarlı türk vətəndaşlarının cəsarətini hörmətlə anırıq. Onların aksiyaları demokratiyanın mühafizəsi üçün mətbuatın və təməl azadlıqların təminat altına alınmasının önəmini xatırladan aksiyalar idi. Türk tələbələrini və professorlarını ölkəmizdə qonaq etməkdən və türk iş dünyasının əlaqələrimizin dərinləşməsi üçün oynadığı roldan qürur duyuruq. Toplumlarımız arasındakı bu qarşılıqlı əlaqələr ölkələrimizi uğuru üçün çox böyük önəmə malikdir. Bu önəmli günü qeyd edərkən ortaqlığınız üçün təşəkkür etmək istəyirik. Bütün türk xalqına güvənli və xoşbəxt bayram dləyirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya