Analitik bildirib ki, dövlət başçılarının çıxışında həm Türkiyənin, həm də Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etməsi, prezident Ərdoğanın liderliyi sayəsində Türkiyənin dünya miqyasında böyük gücə çevrilməsi diqqətə çatdırıldı:
"Türkiyə və Azərbaycan Avrasiyanın enerji, nəqliyyat xəritəsini yenidən cızır"
13:19 24.10.2018
Arxiv
719
"Müasir dünyada enerjiyə, nəqliyyat-kommunikasiyaya kim nəzarət edirsə, o da güc sahibidir”
Bunu "Sherg.az”a açıqlamasında beynəlxalq məsələlər üzrə ekspert Nəzakət Məmmədova deyib.
Politoloq bildirib ki, Azərbaycanın xaricə qoyduğu ən böyük sərmayələrdən biri iqtisadi olduğu qədər böyük siyasi əhəmiyyətə malik olan "Star” neft emalı zavodudur:
"Zavodun açılışında hər iki ölkənin prezidentləri mühüm mesajlar verdilər. Prezident İlham Əliyevin çıxışında ilk növbədə qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatmağımız vurğulandı. Onun bariz nümunəsi kimi 7 il əvvəl təməli qoyulan zavodun açılışı göstərildi. Dövlət başçısının bəyan etdiyi kimi bu, bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var.
İki ölkə prezidentlərinin çıxışlarında belə layihələrin həyata keçməsinin əsas səbəbi kimi Türkiyə-Azərbaycan qardaşlığı göstərilir. Liderlərin qarşılıqlı səfərlərinin sayı da özlüyündə mühüm göstəricidir. Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Siyasi əlaqələrlə yanaşı, iqtisadi sahədə çox böyük işlər görülməkdədir”.
Analitik bildirib ki, dövlət başçılarının çıxışında həm Türkiyənin, həm də Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etməsi, prezident Ərdoğanın liderliyi sayəsində Türkiyənin dünya miqyasında böyük gücə çevrilməsi diqqətə çatdırıldı: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi Türkiyə dünya miqyasında söz sahibinə çevrilib. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar, Ankaranın mövqeyi bir çox hallarda həlledici rol oynayır.
"Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq” deyən Prezident İlham Əliyev bununla bir daha Türkiyə və Azərbaycanın iki qardaş dövlət olaraq daima bir yerdə olacağını bildirdi. Ölkələrimizin iri layihələrdə birgə iştirakı nəinki ölkələrimiz və xalqlarımız üçün, ümumiyyətlə, bölgə və dünya üçün çox böyük önəm daşıyır.
Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bütün bunlar ölkələrimizin "yumşaq güc” vasitəsilə qloballaşma şəraitində regional dövlətlərə çevrilmə yolunda əzmkarlığını nümayiş etdirən amillərdir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BMT Rusiya-Ukrayna danışıqları ilə bağlı səyləri dəstəkləyib
01:44 07.09.2026
Gündəm
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə