“Üzən məzənnə” siyasəti qaçılmazdır
21:05 12.12.2016
Arxiv
1150
Mərkəzi Bank çalışmalıdır ki, proses daha ağrısız keçsin
"Hazırda tam "üzən məzənnə”yə keçidlə bağlı işlər aparılır və tezliklə öz proqramımızı ictimaiyyətə elan edəcəyik”. Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Sədrin sözlərinə görə, hansısa məmurun pulları yığıb saxlaması ilə bağlı yayılan fikirlər doğru deyil: "Tam "üzən məzənnə”yə keçid çox sıx makroiqtisadi və struktur problemlərinin həll edilməsini tələb edir.
Biz artıq bu ilin əvvəlindən "üzən məzənnə”yə keçmişik. Fevraldan mərkəzi bank öz pulunu hərraca
çıxarmır. Amma bazarda tələblə təklif arasında böyük disproporsiya var”. MB rəhbərinin
açıqlamasını şərh edən iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə deyib ki, "üzən məzənnə”yə
keçid qaçılmaz reallıqdır: "Baxmayaraq ki, liberal "üzən məzənnə” siyasətinə qədəm qoymaq
müəyyən fəsadlar yaradacaq, amma buna baxmayaraq, vurğulanan prosesə başlamağa məcburuq.
Çünki liberal iqtisadi islahatlar "üzən məzənnə”ni tələb edir. Mərkəzi Bank hər şeydən öncə
çalışmalıdır ki, "üzən məzənnə”yə keçid prosesini daha ağrısız başa vursun. Yəni dollarla kredit
alan insanlara əlavə problem yaratmasın, xüsusən, vətəndaşlara göstərilən biznes xidmətinə təsiri az
olsun. Biz təklif edirik ki, "üzən məzənnə” prosesi ilə yanaşı Mərkəzi Bank kompensasiya
mexanizmlərini də həyata keçirsin”.
V.Bayramov bildirib ki, "üzən məzənnə” siyasətinə keçid yeni təsis olunmuş "Strateji Yol
Xəritəsi”nin mühüm elementlərindən biridir:
"Bu layihədə "üzən məzənnə”yə keçid müəyyən edilib, mütəxəssislərlə razılaşdırılıb. Ümid edirik, proses problemsiz həyata keçəcək. Daha yaxşı olardı ki, Mərkəzi Bank bu siyasətə 2014-cü ilin sonu, 2015-ci ilin əvvəllərində başlayardı. Çox təəssüf ki, həmin vaxt "üzən məzənnə” siyasəti tətbiq edilmədi və biz dollarlaşma prosesinin qarşısını ala bilmədik. Həmçinin, Mərkəzi Bankın uzun müddət həyata keçirdiyi pul-kredit siyasəti dollarlaşmanın qarşısını almamaqla yanaşı, real sektora yönəldilən vəsaitin də qarşısını aldı”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur