Venesuela prezidenti: “Azərbaycan BMT qətnamələrinin həyata keçirilməsində dəstəyimizə arxalana bilər”
15:17 22.10.2016
Arxiv
520
"Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində iradəmizə, dəstəyimizə hər zaman arxalana bilər”.
APA-nın xəbərinə görə, bunu Bakıda səfərdə olan Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro mətbuata bəyanatında bildirib.
Prezident qeyd edib ki, onlar Təhlükəsizlik Şurasının üzvü olaraq beynəlxalq hüququn tətbiq olunması üçün əllərindən gələni edəcəklər: "Azərbaycan öz milli maraqlarının qorunmasında çox aydın fəaliyyət göstərib. Venesuela Sizin yeni, etibarlı dostunuzdur.
Xalqlarımızın xoşbəxtliyi üçün əlaqələr qururuq. İqtisadi sahədə bir sıra tədbirlərin görülməsi ilə bağlı razılığa gəldik. İqtisadi məsələlər üzrə vitse-prezident buradadır. Yaxın vaxtlarda xarici ticarət və sərmayələr naziri Xesus Farias ticari münasibətlərin stimullaşdırılması, təmasların qurulması və məlumat mübadiləsi istiqamətində zəruri addımların atılması üçün Bakıya səfər edəcək”.
Venesuela prezidenti "Bizim iki güclü neft şirkətimiz iqtisadi, maliyyə, texnoloji, ticari və praktiki mübadilələr üçün yaxın vaxtlarda əməkdaşlığa başlayacaq. Prezident Əliyev bildirib ki, Azərbaycan neftinin 95 faizi dənizdə hasil olunur. Bu, Venesuela üçün lazım olan zəngin təcrübədir. Texniki mütəxəssislərimiz təkmilləşə, dövlətlərimiz və şirkətlərimiz arasında enerji sahəsində münasibətlər daha da dərinləşə bilər”.
Qeyd edək ki, iki dövlət başçısı arasında sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro mətbuata bəyanatlarla çıxış ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət
İqtisadi Şuranın növbəti iclası oldu
18:27 13.10.2026
İqtisadiyyat
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub
18:12 13.10.2026
Siyasət
Ukrayna və Ermənistan arasında müzakirə aparıldı
17:47 13.10.2026
Dünya
Vaşinqton Kiyevə təzyiq edir, Brüssel Moskvanı sıxışdırır - TƏHLİL
17:44 13.10.2026
Dünya
Şavkat Mirziyoyev Azərbaycana səfər edəcək
17:40 13.10.2026
Gündəm
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
17:33 13.10.2026
Gündəm
Tramp Rusiyanı qızışdırdı, Ukraynanın itkiləri artacaq - ŞƏRH
17:26 13.10.2026
Gündəm