XİN: Azərbaycan İspaniya Krallığının ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
07:49 28.10.2017
Arxiv
545
"Azərbaycan Respublikası İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəkləyir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H. Hacıyevin sözlərinə görə, Azərbaycan mövcud vəziyyətin İspaniya Krallığının Konstitusiyası və qanunları əsasında sülh yolu ilə həllinin tərəfdarıdır. Açıqlamada qeyd olunub ki, xalqın və mərkəzi hakimiyyətin iradəsinə zidd şəkildə, Konstitusiya və qanunların pozulması ilə müşayiət olunan ölkənin ərazi bütövlüyünün birtərəfli pozulması cəhdləri qəbuledilməzdir: "Azərbaycan Respublikası artıq 30 ilə yaxındır bundan əziyyət çəkir. 80-ci illərin sonlarında ermənilərin Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində başladığı separatizm həmin dövr SSRİ Konstitusiyası və Azərbaycan SSR qanunlarının kobud pozulması ilə müşayiət olunurdu. Bu xüsusda DQMV-də köklü Azərbaycan əhalisinin etnik təmizlənməsi, onlara qarşı zorakılıq və terror əməllərinin törədilməsindən sonra Azərbaycan xalqının iradəsinə zidd olaraq 1991-ci ilin 10 dekabrında Dağlıq Qarabağın yalnız erməni icmasının iştirakı ilə regionun müstəqilliyi haqda qanunsuz və qeyri-legitim referendum keçirildi. Azərbaycan və Ermənistanın SSRİ-nin dağılmasından sonra müstəqillik əldə etməsi ilə Ermənistan Azərbaycana qarşı açıq müharibəyə başladı və Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdi, həmin ərazilərdə köklü Azərbaycan əhalisinə qarşı etnik təmizləmə törətdi. Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı hələ də davam edir”.
Qeyd edək ki, oktyabrın 27-də İspaniyanın Kataloniya muxtar vilayəti müstəqilliyini elan edib. Bununla əlaqədar İspaniya Senatı Kataloniyada birbaşa idarəçiliyin tətbiqinə qərar verib. Bundan başqa, Kataloniya parlamenti və hökuməti buraxılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya