"XİN rəhbərlərinin Brüssel görüşündən ciddi zəmin gözlənilmir” - AKTUAL ŞƏRH
11:33 12.07.2018
Arxiv
490
Tofiq Abbasov:"Çünki Ermənistanın hakimiyyəti dəyişsə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib"
"Azərbaycan- Ermənistan xarici işlər nazirlərinin görüşü adətən təsnifat xarakteri daşıyır və prezidentlərin görüşünə hazırlıq mərhələsidir”.
Bunu "Sherg.az”a Azərbaycan və Ermənistan XİN rəhbərlərinin ötən gün baş tutan görüşü haqında danışarkən politoloq Tofiq Abbasov söyləyib.
Onun sözlərinə görə, ilkin görüşlər zamanı nazirlər prezidentlərin görüşü üçün gündəlik hazırlayır, buraya təsbit olunmuş məqamlarla bağlı konkret yanaşmaların xülasəsini daxil edirlər:
"Ona görə, bu görüşlə bağlı gözləntilər yox idi. XİN rəhbərlərinin görüşü həmçinin Brüsseldə keçirilən sammitin kölgəsində idi. Düzdür, Dağlıq Qarabağ probleminin müxtəlif formatlarda müzakirəsi nəzərdə tutulurdu. Ancaq nazirlərin görüşündən hansısa ortaq fikrə gəlinməsini gözləmək əsassızdır.
Ermənistanın hakimiyyəti dəyişsə də, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasəti dəyişməyib. Nikol Paşinyan izahı olmayan bəyanatlar səsləndirir və guya Dağlıq Qarabağın müstəqilliyinə alternativ olmadığını söyləyirlər. Erməni rəhbərliyi bildirir ki, guya Azərbaycanın hərbi cəhətdən güclü olması, bölgədə sabitliyi təhlükə altına alır. Halbuki Ermənistan əgər sülh yolu ilə münaqişənin həllini istəyirsə, konkret fikirlər ortaya qoymalı, qərəzdən əl çəkməlidir.
Nazirlərin görüşündə çox güman ki, danışıqlar prosesinə təkan verilməsi vurğulanıb. Amma Ermənistan sülh prosesinə hazır deyil. Düşmən həll prosesini uzatmaqla Azərbaycan tərəfini usandıraraq, vəziyyətdən çıxmağa çalışır. Ancaq Azərbaycan mövqeyindən dönən deyil. Ermənistan bunu bilə-bilə qorxu içərisində yaşayır. Gözləyək görək, Brüssel görüşündən sonra tərəflərin açıqlamaları nə olacaq. Amma istənilən halda ciddi zəmin gözlənilmir”.
Qeyd edək ki, ötən gün Brüsseldə Azərbaycan və Ermənistan XİN rəhbərləri – Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. Bildirilib ki, görüşdə ATƏT Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak ediblər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou