Ukrayna Prezident Administrasiyasının (PA) rəhbəri Kirill Budanov kütləvi tədbirlər zamanı rus dilindən istifadə etdiyinə görə cərimə ödəyəcək.
Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın dövlət dilinin müdafiəsi üzrə müvəkkili Yelena İvanovskaya sosial şəbəkə hesabında bildirib.
O, Petropavlivska Borshaqivka ərazisində baş verən hadisələr zamanı Budanovun rus dilindən istifadə etməsi ilə bağlı bütün zəruri hüquqi prosedurların başladıldığını qeyd edib.
Onun sözlərinə görə, dövlət nəzarəti qanunvericiliyə uyğun davam edir, hadisədə iştirak edən şəxslə müvafiq söhbət aparılıb və pozuntu faktı qəbul edilib.
O əlavə edib ki, qanunla nəzərdə tutulan cərimə müəyyən edilmiş müddət ərzində ödəniləcək.