Zəfər muzeyinin yaradılması, hərbi qənimətlərin, darmadağın edilmiş düşmən hərbi texnikasının da muzeydə sərgilənəcəyi illər öncə Quzey Kıbrısda ziyarət etdiyim açıq havada muzeyi yadıma saldı. Qeyd edim ki, 1974-cü ildə Kıbrıs adasına barış, Kıbrıs türklərinə qələbə qazandıran qəhrəman türk əsgərlərinin şəhid olduğu məkanda - Girnə sahillərində (Girnə-Alsancaq yolu üstündədir, türk əsgəri burdan adaya həmlə edib) Şəhidlər Xiyabanı – Qaraoğlan Şəhidliyi - salınıb, Barış və Özgürlük Muzeyi yaradılıb. Şəhidlərin xatirəsinə abidə ucalır. Yəni şəhidliyi, abidəsi, muzeyi ilə birlikdə memorial kompleksdi. Muzeyin həm qapalı salonu, həm də açıq hava altında ekspozisiya sahəsi var. Həm türk əsgərinin əldə etdiyi düşmən texnikası, həm də Barış hərəkatı zamanı istifadə olunan hərbi texnika açıq havada nümayiş olunur. Bunu ona görə xatırlatdım ki, müxtəlif ölkələrdə belə nümunələr mövcuddur. Memorial kompleks, muzey yaradılarkən bu cür nümunələrə müraciət etmək də olar. Yaxşı cəhətləri ərz etmək faydalı olar, hər halda. Nəzərə alaq ki, bizim İstiqlal Muzeyi təcrübəmiz də var artıq. Amma şübhəsiz Zəfər muzeyi daşıdığı mahiyyətə görə digərlərindən fərqli olmalıdır. Zəfər muzeyinin digər muzeylərdən fərqi nə olacaq? Bu muzey başqalarından necə seçilməlidir?
Şəhərin mərkəzindən və girişindən uzaqdır