
Rusiya və ABŞ Ukraynanın taleyini Yaxın Şərqdəki nəticələrə bağlamağa cəhd edir -TƏHLİL
12:38 23.06.2025
Müsahibə
773
Kreml Ukraynanın tamamilə məhvinə sadiqliyini nümayiş etdirərək, Ukraynanın legitimliyinə, onun suverenliyinə xələl gətirmək üçün hazırlanmış ritorikanın təbliğatını həyata keçirir.
Bu barədə ABŞ-nin Müharibə Tədqiqatları İnstitutu Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar 22 iyun tarixli hesabatında bildirilir.
Bu ritorikalar İsrail-İran hərbi eskalasiyasının davam etdiyi zamanda səslənir. Hadisələrin İsrail və İran müharibəsi ilə əlaqəsi varmı?
Siyasi təhlilçi Aqşin Kərimov Sherg.az-a deyib ki, Donald Tramp hakimiyyətə ikinci dəfə qayıdışından sonra Rusiya-Ukrayna müharibəsinin Yaxın Şərq konteksti ilə tutuşdurulması məsələsinə baxmaq lazımdır:

"Səudiyyə Ərəbistanında keçirilən Rusiya-ABŞ danışıqlarında ABŞ Prezidentinin Yaxın Şərq üzrə elçisi Stiv Uitkofun iştirak etməsi xüsusilə fərqli bir təəssürat yaradırdı. Ardınca isə cənab Uitkoff Rusiyaya səfər etdi. Bunlar, Rusiya ilə ABŞ-nin Ukraynadakı müharibənin taleyini Yaxın Şərqdəki perspektiv nəticələrə bağlamaq cəhdləri idi. Rusiya ilə ABŞ-nin Yaxın Şərqdə sövdələşməyə maraqlı olduğu görünsə də, bunun gələcəyi şübhəli görünür. Siyasi şərhçi qeyd edib ki, bu, ehtimalla geosiyasi nəticələrin İsrail-İran müharibəsi fonunda bölüşdürülə bilməməsi ilə əlaqədar şəkildə inkişaf edəcək. Yəni, Rusiya ABŞ-yə Yaxın Şərqdə güzəşt arenası tanımaqla, Vaşinqtondan Ukrayna üzərindən dəstək əlini çəkməsi şərtini irəli sürə bilərdi. Hazırda İranda baş verən hadisələrə bunun arxa fon nəticələri kimi də baxmaq mümkündür. Hərçənd ki, Rusiya İrana qarşı İsrail və ABŞ-in hərbi hücumlarını qınayan, pisləyən bəyanatlara üstünlük verir. Lakin Rusiyanın ABŞ-yə qarşı İrana hücum nisbətində təhdidləri üstüörtülüdür. Görünür ki, Rusiya bu vasitə ilə ABŞ-dən Ukrayna üzrə kompromis variantlar istəyir”.
Ekspert bildirib ki, əslində Rusiya İran üzrə eskalasiyanın idarəolunacaq səviyyədə qalmasını istəyir:
"İranın münaqişə davam etdiyi zamanda Hörmüz boğazını bağlaması ehtimalının yüksəlməsi Rusiyaya sərf edir. Rusiya Qərbin sanksiyaları altındadır. İndi ona Ukraynada hərbi əməliyyatları davam etdirmək üçün maliyyə motivasiyaları lazımdır. İran Hörmüz boğazını bağlamaq barədə yekun qərar versə, bu, qlobal neft qiymətlərində əhəmiyyətli artıma səbəb olacaq. Bu, Rusiyanın enerji resurslarından əldə etdiyi gəlirlərində artıma yarda bilər. Hörmüz boğazı bağlansa, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsini ortamüddətli perspektivdə maliyyələşdirməyə davam edən bir faktor ola bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi