
Erməni kilsəsi "Moskva uşaqları"nı himayə edir -ANALİTİK
Yusif Nəzərli
06:54 19.06.2025
Cənubi Qafqaz
239
Paşinyanın kilsə ilə mübarizəsi erməni cəmiyyətində geniş dəstək tapacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən erməni kilsəsinin iki nümayəndəsi - Ktriç Nersisyan (Qaregin II) və Samvel Xaçatryanı monastır andını pozmaqda ittiham edib. Onun sözlərinə görə, bu, təkcə mənəvi pozuntu deyil, Eçmiədzin divarları arasında qalmaq və kilsənin müqəddəslərinə toxunmaqla bir araya sığmayan hərəkətdir. Paşinyan xatırladıb ki, erməni kilsəsinin hər bir din xadimi xüsusi and içir və onu imzalayır. Bu andda o, iffət, kilsəyə və xalqa sədaqətini bildirir. “Monastır keşişlik andının pozulması ruhanilikdən uzaqlaşdırılmaq üçün mütləq əsasdır” – deyə Paşinyan qeyd edib və əlavə edib ki, bu cür hallarla bağlı ictimai səssizlik kilsənin təməl prinsiplərinə birbaşa təhdid təşkil edir. Baş nazir etiraf edib ki, əvvəllər yayılan şayiələrə əhəmiyyət verməyib, onları uydurma və dedi-qodu hesab edib. Lakin onun sözlərinə görə, indi əlində faktiki və sübut edilə bilən məlumatlar var. Bu vəziyyətdə isə, Paşinyanın fikrincə, susmaq “müqəddəslərə hörmətsizlik” və kilsənin tənəzzülünə şəriklik demək olardı. Ermənistanın baş naziri qeyd edib ki, monastır andını pozmuş Ktriç Nersisyan və Samvel Xaçatryan “erməni kilsəsinin müqəddəslərinə murdarlanmış əlləri ilə toxunmaq hüququna malik deyillər və Eçmiədzini tərk etməlidirlər”.
Siyasi şərhçi Həsrət Rüstəmov deyib ki, Nikol Paşinyanın kilsəyə qarşı iradları əsasən kilsənin ruslarla əlaqələri ilə, ölkədəki “Moskva uşaqları”nı himayə etməsi ilə bağlıdır. Ekspert vurğulayıb ki, ona görə də Rusiyanın əyaləti olmaq istəməyən ermənilər bu məsələdə Paşinyanın tərəfində yer alırlar:

"Erməni kilsəsi ümumiyyətlə dini qurum olmaqdan daha çox terror və düşmənçilik təbliğatı aparan, terrorizmi dəstəkləyən mərkəz kimi tanınıb. Ermənistanın Azərbaycana təcavüzü zamanı da kilsənin fəal qızışdırıcı rolu çox da uzaq tarix deyil. Ona görə də Paşinyanın kilsə ilə mübarizədə haqlı olması məndə heç bir sual doğurmur və inanıram ki, ölkəsinin gələcəyini düşünən erməni vətəndaşlar bu məsələdə onun yanında olacaqlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-la İsrailin hücumlarının əsl məqsədi aydınlaşır - Bəqai
00:04 29.03.2026
Region
ÜST: Livanda həlak olan səhiyyə işçilərinin sayı 50-ni keçib
23:42 28.03.2026
Dünya
İranın zərbəsi nəticəsində Amerika təyyarələri sıradan çıxıb
23:17 28.03.2026
Dünya
Göyərtəsində ABŞ dəniz piyadalarının olduğu gəmi Yaxın Şərqə çatıb
21:33 28.03.2026
Dünya
AFFA-nın daha yeddi liqasında oyunlar təxirə salındı
20:53 28.03.2026
Futbol
Bərzanin evi dron hücumuna məruz qalıb
20:39 28.03.2026
Dünya
Haaqada İrana dəstək aksiyasl keçirildi
20:12 28.03.2026
Dünya
Pezeşkian ABŞ-nin vədlərinə inanmır
19:20 28.03.2026
Gündəm
Mingəçevir su anbarında itkin düşən şəxslər tapıldı
18:53 28.03.2026
Hadisə
DİN: Vətəndaşlara yerində köməklik göstərilir
18:40 28.03.2026
Aktual
FHN su basmış ərazilərdən 84 nəfəri təxliyə edib
18:28 28.03.2026
Hadisə
Əgər nüvə silahı Zelenskinin əlinə keçərsə... - Zaxarova
17:37 28.03.2026
Dünya
Şimali Kiprin Baş naziri Azərbaycana səfər edəcək
17:21 28.03.2026
Siyasət
Azərbaycanda 1 əsrlik rekord qırıldı
17:14 28.03.2026
Ekologiya