Beş keçmiş sovet ölkəsi Rusiyanın hədəfində: Ordularını birləşdirmək istəyir
10:32 25.06.2025
Müsahibə
674
Rusiya KTMT-dəki müttəfiqlərinin Silahlı Qüvvələrinə nəzarəti ələ keçirmək istəyir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) materialında deyilir.
Qeyd olunur ki, iyunun 24-də Rusiya Dövlət Duması KTMT-yə üzv dövlətlərə silahlı münaqişə, təhdidlər və böhranlı vəziyyətlər zamanı öz qoşunlarını digər üzv dövlətlərin ərazisinə göndərmək, fövqəladə halların nəticələrinin aradan qaldırılması və humanitar yardımın göstərilməsi üçün təlimlər keçirməyə icazə verən protokolu ratifikasiya edib.
ISW bildirir ki, protokol KTMT-yə qoşunları əvvəlki kimi 30 gün deyil, KTMT Şurasının qərarından bir gün sonra göndərməyə icazə verir. Protokolda həmçinin Rusiyanın dominantlıq edəcəyi ehtimal edilən KTMT-nin “Təşkilat Komandanlığı” ifadəsi də var.
“Uzun müddətdir fikrimiz budur ki, Kreml keçmiş sovet məkanında çoxmillətli birləşmiş ordu yaratmaq üçün keçmiş sovet dövlətlərinin qoşunlarını Rusiya Silahlı Qüvvələrinə tabe etməyə çalışır”, - ABŞ institutunun analitikləri deyirlər.
Ətraflı
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.
ISW-nin fikrincə, Rusiya rəhbərliyi öz ordusu və cəmiyyətini orta və uzunmüddətli perspektivdə NATO ilə potensial müharibəyə hazırlamağa davam edir.
“Ukraynada mümkün atəşkəs və ya uzunmüddətli fasilə Rusiyaya 2030-cu ilə qədər NATO üçün əhəmiyyətli təhlükə yarada biləcək şəkildə yenidən silahlanmağa və ordusunu yenidən qurmağa imkan verəcək”, - Müharibə Araşdırmaları İnstitutunun ekspertləri hesab edirlər.
Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət