Livan məhkəməsi Qəddafinin oğlunun həbsdən buraxılmasına qərar verib

Livan məhkəməsi Liviyanın sabiq lideri Müəmmar Qəddafinin oğlu Hannibal Qəddafinin həbsdən azad olunması ilə bağlı qərar verib.
APA xəbər verir ki, anonim mənbənin AFP-yə verdiyi məlumata görə, Qəddafi məhkəməyə 11 milyon dollar ödəmək müqabilində və ölkəni tərk etməmək şərti ilə azadlığa çıxa biləcək.
Qəddafinin vəkili onun sanksiyalar altında olduğunu və bu qədər məbləği ödəmək imkanının olmadığını bildirib.

Qeyd edək ki, Hannibal Qəddafi 2015-ci ildə Livanda həbs edilib.

O, livanlı şiə alimi Musa əl-Sədrin yoxa çıxması ilə bağlı malik olduğu informasiyanı gizlətməkdə ittiham edilirdi.