NASA günəşin qeyri-adi fotosunu paylaşıb: Onun təbəssümünə aldanmayın!
11:16 30.10.2022
Dünya
657
Amerika Kosmos və Aviasiya İdarəsi (NASA) Günəşin gülən kimi göründüyü qeyri-adi fotosunu paylaşıb. Sözügedən foto sosial şəbəkələrdə sürətlə yayılıb. Bununla belə, alimlər xəbərdarlıq ediblər ki, Günəşin bu rəğbətli baxışı altında Yerə doğru istiqamətlənən günəş fırtınası ola bilər. Geomaqnit günəş fırtınalarının rabitə sistemlərinə, radio və peyk əməliyyatlarına təsir göstərməsi ehtimalı var.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Fotonu Twitter-də paylaşan NASA bu açıqlamanı verib:
“Bu gün NASA-nın Günəş Dinamikası Rəsədxanası Günəşi “gülümsəyərkən” yaxalayıb. Günəşdə ultrabənövşəyi işıqda görünən bu qaranlıq ləkələr tac dəlikləri kimi tanınır və sürətli günəş küləklərinin kosmosa uçduğu bölgələrdir”.
NASA-nın Günəş Dinamikası Rəsədxanası günəş aktivliyinin kosmos havasını necə formalaşdırdığını və idarə etdiyini öyrənmək məqsədi ilə tədqiqat aparıblar . İlk dəfə 2010-cu il fevralın 11-də orbitə buraxılan rəsədxananın kosmik gəmisi Günəşin içini, atmosferini, maqnit sahəsini və enerjisini ölçməklə müxtəlif məlumatları öyrənib.
Günəşlə bağlı səmimi fikirlərə baxmayaraq, mütəxəssislər Günəşin tac dəliklərinin Yeri vuracaq günəş fırtınası mənasına gələ biləcəyi barədə xəbərdarlıq ediblər.
Geomaqnit qasırğası və ya günəş fırtınası, günəş küləyinin şok dalğası və ya Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə olan maqnit sahəsi buludunun yaratdığı Yerin maqnitosferinin müvəqqəti pozulmasıdır.
Günəşin səthindəki qaranlıq “günəş ləkələri”ndə Günəşin maqnit sahəsində bir növ qısaqapanma nəticəsində radiasiya və plazma partlayışları baş verir. Bu partlayışlar nəticəsində rentgen və ya ultrabənövşəyi kimi şüalar yayılır. Mütəxəssislər deyirlər ki, böyük bir partlayış milyardlarla ton maddəni milyonlarla kilometr kosmosa səpələyə bilər.
1859-cu ildə baş verən Karrinqton hadisəsi də adlandırılan Günəş fırtınası 10-cu günəş dövrü zamanı baş verən güclü geomaqnit qasırğası kimi tanınır.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm