Azərbaycan poeziyasının körkəmli nümayəndələrindən biri olan xalq şairi Hüseyn Arif, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Qabil, Balaş Azəroğlu, İslam Səfərli, Əliağa Kürçaylı və digər görkəmli sənət adamalrı ilə birlikdə, ötən əsrin 45-50-ci iilərində böyük ədəbiyyata gələn və həmin dövr Azərbaycan poeziyasını yaradan nəslə mənsubdur. Səməd Vurğun, Rəsul Rza, Sülüeynan Rüstəm, Osman Sarıvəlli, Məmməd Rahim və digər poeziya bahadırlarının at oynatdığı meydanda gənc şairlərin yeni söz demək, öz üslubunu yaratmaq imkanı nə qədər çətin olsa da, məhəz elə onların himayəsi və qayğısı altında istedları parlayan gənc şairlərə zəruri dəstək göstərilir, öz istedad və bacarıqlarının üzə çıxarılmasında və inkişafında hər tərəfli şərait yaradılırd.Öz xatirələrində, məqalələrində və əsərlərində özləriniSəməd Vurğunun poeziya məktəbinin yetirmələri və nümayəndələri hesab edənBəxtiyar Vahabzadə, Nəbi Xəzri, İslam Səfərli, Əliağa Kürçaylı, Adil Babayev, Novruz Gəncəli, Aslan Aslanov, Tofiq Bayram və digərləri kimi, Hüseyn Hüseynzadə də özünü Səməd Vurğun ədəbi məktəbinin ən sədəqatli yetirmələrindən birisayır,xalq ruhundan el ədəbiyyatından, folklorumuzdan, sazın-sözün sehrindən maya tutan və onları öz yaradıcılığında özünəməxsus poetik ifadələrlə əks etdirən Hüseyn Arif hələ saza-sözə vurğunluğunun ilk vaxtlarından Səməd Vurğunu və aşıq Mirzə Bayramovu özününü ustadı hesab edirdi:
Dilimizin qüdrətidir,
Ağzımızın ləzzətidir,
Yurdumuzun şöhrətidir,
Sözdə Vurğun, sazda Mirzə.
Demə səsin batasıdır,
O aləmə çatasıdır,
Hüseynin ustasıdır,
Sözdə vurğun, sazda Mirzə
Sonralar o, bir az da qabağa gedərək özünü Səməd Vurğunun ədəbi varisi hesab edirdi.Milyonlarla Azərbaycanlı kimi, Hüseyn Hüseynzadənin də Səməd Vurğun sevgisinin bünövrəsi ibtidai məktəbdə oxuduğu illərdən qoyulmuşdu. Bu hissləri xatirələrində qələmə alan Hüseyn Arif yazır: “Mən Səməd Vurğunu uşaqlıq illərindən,ibtidai kənd məktəbində oxuduğum illərdən tanıyıram. Lakin onunla aramızda əsl tanışılıq Böyük Vətən Müharibəsindən sonra, təxminən universitetə daxil olduğum vaxtdan başladı”. Hüseyn Hüseynzadə böyüdükcə, yaşa dolduqca onun şeirə, saza, sözə olan məhəbbəti də onunla birlikdə böyüyür və onun təsəvvüründə elə şeir, söz və sənətlə əkiz olan Səməd Vurğuna məhəbbət də getdikcə böyüyür, onunqəlbinə hakim kəsilir, həyatının ayrılmaz hissəsinəçevrilirdi. Hüseyn Hüseynzadə ilə Səməd Vurğunun ilk tanışlığı onun xatirələrində qeyd etdiyi kimiAzərbaycan Dövlət Universitetinə daxil olduğu, müəllimi böyük ədəbiyyat adamı Cəfər Xəndanının universitetdə təşkil etdiyi ədəbiyyat dərnəyinə üzv olduğu illərdən başlayır.
Nə qədər paradoksal da olsa qeyd edilməlidir ki, bütün repressiyalara və ideoloji basqılara baxmayaraq həmin illər ədəbiyyat adamları cəmiyyətin ən nüfuzlu, sayılıb, seçilən zumrələrindən biri idi və elə buna görə dəgənclər arasından ədəbiyyata böyük bir axın var idi. Həmin dövrdə ədəbiyyatımıza istiqamət verən, onu yönləndirən ədəbiyyat adamlarrından biri və birincisi Səməd Vurğun idi. O vaxtlar Azərbaycan Yazıçılar İttifaqının sədri vəzifəsində çalışan Səməd Vurğun universitetlərdə keçirilən ədəbi görüşlərdə və Yazıçılar İttifqının Natəvan Klubunun həftədə bir dəfə keçirilən,gənc yazarlar üçün təşkil olunan Gənclər günündə iştirak edir, gənc istedadlarınşeirlərini dinləyir. Sonda özü çıxış edir, səsələnən şeirlər haqqında fikirlərini bildirir, onlara istiqamət verir, ən istedadlı gəncləri isə himayəyə götürərək,onlara təhsil almaq, yaşamaq, işləmək və yazıb-yaratmaq üçün şərait yaradırdı. Böyük şairin gənc istedadlara münasibətini ən gözəl ifadə edən Əməkdar İncəsənət xadimi, şair Tofiq Bayram yazırdı:“Biz 1950-ci illərin əvvəllərində Səməd Vurğunun böyük qayğısı, böyük müdrikliyi, ədəbiyyata, poeziyaya və gəncliyə böyük məhəbbəti sayəsində şeirə gəlmişik.Yazıçılar ittifaqında həftədə bir dəfə Gənclər günü keçirilirdi. Həmin gün biz böyük ürək çırpıntısı ilə, böyük intizarla Səməd Vurğunun gəlişini gözləyirdik və uzaqdan Xaqani küçəsinin girəcəyində Səməd Vurğun bir dağ kimi, poeziya işığı, bir peyğəmbər kimi görünür, onun dalğalı ağ saçları bizim gözlərimizə nur saçırdı.... Səməd Vurğunun səsi, nəfəsi, bizi Yazıçılar İttifaqına mehrab kimi baxmağa, sitayiş etməyə təşfiq edirdi.”Hüseyn Hüseynzadə də onlarca gənc həmkarı kimi, Səməd Vurğun yaradıcılığına , şəxsiyyətinə, xarakterinə, davranış tərzinə, səsinə, nəfəsinə vurğun olan, ona ”sitayiş “ edənlərdən biri idi. Onunla ilk tanışlığını xatirələrində qələmə alan şair yazırdı: “Bir dəfə ədəbiyyat dərnəyindəiştirak edən gənc şairlərlə birlikdəNatəvan adına klubda mən də çıxış edirdim...Mən Vətən müharibəsində həlak olan komsomolçu dostum Bayram Məmmədova həsr etdiym “ Komsomol bileti” şeirini oxudum... İkinci gün universitetdə məni dekanata çağırıb dedilər:- Bu saat get Yazıçılar İttifaqına, sizi orda Səməd Vurğun gözləyir. Mən çox həyacanlandım. Dünyalar qədər sevdiyim bir insan, sənətkar birdən-birə səni axtarır. Getdim. Bir qədər gözlədimş. Qapı açıldı, Səməd Vurğun qapının arasından məni görən kimitanıyıb:- ayə, içəri keç!-dedi. Sıxıla-sıxıla irəli keçdim. O, mənə -dünənki şeirin çox xoşuma gəldi, dedi,-onu çap etdirməmisən ki?- Xeyr!-dedim. Səməd Vurğun qımışaraq:-Oxu!- dedi...Şeiri əzbərdən oxudum.Sonra o, zəngi basdı, “Ədəbiyyat qəzeti”nin əməkdaşlarından Məmməd Əkbər yoldaş gəldi.Səməd Vurğun tapşırdı ki, bu oğlanın şeirini növbəti nömrədə çap edin. Bu hadisə mənim, şeirə, sənətə olan həvəs və inamımı daha da artırdı”. Sonrakı illərdə Böyük şairlə Hüseyn Hüseynzadənin görüşləri daha davamlı xarakter alır, Səməd Vurğun onun yaradıcılığı ilə daha yaxından maraqlanır, onun “xalq ədəbiyyatına meyli və məhəbbəti, folklorla maraqlanmağı” xoşuna gəlir: “Bu yolla da get, sənin şeirlərində mənim xoşuma gələn xəlqilik və təbiilikdir”- deyirdi.
Hüseyn Arif öz yaradıcılığında davamlıolaraq Səməd Vurğun obrazına müraciət etmiş, müxtəlif dövrlərdə ona şeirlər həsr etmişdir. Onun Böyük şairə həsr etdiyi ən kövrək şeirlərdndən biri “Sənsiz olmasın” şeiridir. Səməd Vurğunun xəstə yatdığı həssas bir dövrdə yazılmış həmin şeir son dərəcə səmimi vəkövrəkdir. Həmin şeirdən iki bəndi bu yazıda nümunə gətirməklə hesab edirəm ki, hər iki söz ustadına ehtiramımı bildirmiş olaram:
İtirdim yuxumu, qərarımı mən,
Dilim haray çəkir, qəlbim döyünür.
Qurtarın şairi bu xəstəlikdən,
Həkimlər, həkimlər, aman günüdür!
Yaz kimi açılar qış fəsli çöllər,
Köməyi, istəyi gül-çiçək olsa;
Çiynində Qoşqarı aparar ellər,
Ona dərman üçün qar gərək olsa.
Səməd Vurğun həm yaradıcılığı, həm şəzsiyyəti, həm vətənpərvərliyi, həm milliliyi, milli olduğu qədər də beynəlmiləlçiliyi və digər saya gəlməyən insani keyfiyyətləri ilə hələ sağlığnda xalq arasında simvollaşmış , rəmzləşmiş şəxsiyyət idi. Səməd Vurğun aşiqi olan, onu özünün sənət müəllimihesb edən, onun şəxsiyyətinə, yaradıcılığına qeyri-adi bir varlıq kimi baxan Hüseyn Arif, özunu onun ədəbi varisi hesab edir, həm davranışında, həm yaradıcılığında, həm fəaliyyətində, həm də yaradıcılığında onu yaşatmağa çalışırdı.Və təsədüfi deyil ki, ilk olaraq yaradıcılığında Səməd Vurğunun bədii obrazını yaratmaq ideyası və qisməti Hüseyn Arifə məxsusdur. Maraqlı bir detala dəyərli oxucunun diqqətini cəlb etmək istəyirəm. Məlumdur ki, Səməd Vurğun özünun ustadı, mənəvi sələfi hesab etdiyi Molla Pənah Vaqifi yaşadığı dövrün nəslinə daha yaxşı və yaxından tanıtmaq üçün ədəbiyyatımızın qızıl xəzinəsinə daxil olan, böyük ustalıqla və poetik qüdrətlə qələmə alınmış, dillər əzbəri olan “Vaqif” dramını yaratdı. Düşünürəm ki, Hüseyn Arif də öz ustadı Səməd Vurğunun sadəliyi qədər böyüklüyünü, dahilyini, fitri istedadını, Vətən, dil, xalq , millət dövlət və təbiət sevgisini gələcək nəsillərə çatdırmaq üçün Ustadının yolu ilə gedərək onun həyat və yaradıcılığına, fəaliyyətinə həsr olunan, xüsusi bir ustadlıqla və böyük sevgi ilə məşhur “Yolda” poemasını və həmin poema əsasında “Yolda” pyesini yaratdı.
Qeyd etmək lazımdır ki, poema işıq üzü gördükdən sonra ədəbi came tərəfindən böyük müzakirələrə səbəb oldu. Həmin müzakirələrdə iştirak edən və Səməd Vurğuna böyük məhəbbəti olan Məmməd Araz yazırdı: “Səməd Vurğun kimi böyük bir sənətkarın həyatını qələmə almaq, onun obrazını yaratmaq nə qədər şərəflidir.Lakin bu, şərəfli olduğu qədər də məsuliyyətli və çətindir!...Bu mənada onun obrazını yaratmaq şairdən hünər istəyir“.
Məlumdur ki, Hüseyn Arifbu dastanı Səməd Vurğunun vəfatından dərhal sonra -1956-cı ildə yazmağa başlayıb. Bu o zaman idi ki,böyük şair həyata təzəcə vida demşdi. Onun şəxsiyyəti və yaradıcılığı artıq yaddaşlara hopmuşdu. Şairin ölümünü heç kəs qəbul etmək istəmir, onu qəlblərində yaşadırdılar. Belə bir zamanda, şairin, xalqın yaddaşında artıq rəmzləşmiş obrazını yaratmaq, Xalq şairi Məmməd Araz demiş müəllifdən“hünər istəyirdi”. Hüseyn Arifin özü də bu mövzuya müraciət etməyə tərəddüd edirdi. Və bu tərəddüdü qovmaq , bu hünərə sahibi olmaq üçüno, ilk növbədə Səməd Vurğunun ustadı Molla Pənah Vaqifdən xeyir-dua almaq istəyirdi. Təsadüfi deyil ki, əsər “Vaqiflə söhbət”lə başlayır, şair Vaqifin vətəni Qarabağdan Vurğunun vətəni Qazağa səyahət edir, “Aradım yaxını, gəzdim uzağı, yönüm gah arana, gah dağa düşdü, çiçək mövsümündə bir axşam çağı, yolum Qrabağdan, Qazağa düşdü” deyərək, Qazaxda Vaqifin heykəli qarşısında dayanıb, onunla xəyalən söhbət edir, Vaqif onu sorğu-suala tutur:
Canlı insan kimi danışdı heykəl,
Qaçma qabağından sual-sorğunun
Vaqif xəbər aldı hər şeydən əvvəl
Bəs hanı dastanı, hanı Vurğunun?
Dedim:-çox uşağam bu meydanda mən
Hələ əliməsir, dilim dolaşır.
Dedi:- Tanıyıram sən Hüseynsən,
Vurğunun dastanı sənə yaraşır.
Poemanın dili son dərəcə sadə,yüyrək və rəvan, əsərdə əks olunan hadisələr o qədərmaraqlı və cəlbedicidir ki, sanki bir dastan oxuyursan. İri həcmli, müxtəlif hissələrdən ibarət olan bu poemanı fikrimcə, müxtəlif boylardan ibarət lirik bir dastan da adlandırmaq olar. Şairin özü də Vaqifin dili ilə “Vurğunun dastanı sənə yaraşır” deməklə bu əsəri dastan adlandırır.
Yaradıcılığının ən qaynarillərini Səməd Vurğun dastanının yaradılmsına həsr edən müəllifin iç dünyasında bu obraz hələ o, məktəbdə oxuduğu iilərdə yaranmışdı. Zaman keçdikcə şairin obrazı da onunla birlikdə böyümüş və 30-35 yaşında olarkən onun zirvəsinə çatmışdı.Səməd Vurğunun bütün yaradıcılığına dərindən bələd olan, onun ömür yolu ilə yaxşı tanış olan, həyatını izləyən, gəzdiyi yerləri qarış-qarış gəzərək, ustadının görüşdüyü insanlarla görüşən, xatirələrini dinləyən Hüseyn Arif bu dastanın yaradılmasına ömrünün beş ilini həsr etmişdi:
Tez başa gəlmədi yazdığım əsər,
Kənddə gecələdim, şəhərdə qaldım.
“Yolda deyə-deyə hər axşam-səhər,
Ömürdən düz beş il mən yola saldım.
Oyandım çox zaman günəşdən qabaq.
Əsla düşünmədim şöhrət üçün mən.
Dözdüm hər zəhmətə bu işdə ancaq
Böyük ustadıma hörmət üçün mən
Müəllifin əsəri “Yolda” adlandırmasının da rəmzi mənası var. O, ustadını həmişə həyatda hesab edirdi. Yolda dedikdə o, qəhrəmanının hərəkətdə,səfərdə, yol üstündə, yolda təsəvvüredirdi. Düşünürəm elə bu səbəbdən də o, dastanını “Yolda” adlandırıb. Poemanın Vurğun bizimlədir hissəsində müəllif yazır:
Gedir ön cərgəmizdə,
Gedir hər zamankıtək.
Yenə də sinəsində
Vurur alovlu ürək.
Yox, bitməyib səfəri,
Gözü sağda, soldadır,
O, hələ də yoldadır
O, hələ də yoldadır.
Heç də təsadüfi deyil ki, “Vaqiflə söhbət”dən sonra poema “Dağ yolu” ilə başlayır.
Müəllif xəyalən şairlə bir yerdə bütün aləmi gəzir, təbiətin seyrinə çıxır, onunla bir yerdə məclis qurur, onunla düşünür, xəyala dalır, birlikdəsaz çalır-söz qoşur. Bəzən ustadınınşeiri ilə öz şeirini qoşalaşdırır və bu o qədər təbii alınır ki, sanki bir müəllifin şeiridir. Diqqət yetirin:
“Bulud tez keçməsin başımın üstdən
Çay da yavaş axsın sular bboyunca
Baxım hər zərrəyə, baxım doyunca;
Ürək tərpənməyir ötəri səsdən
Nə çıxar bir anlıq yanan həvəsdən...”
O yenə düşünüb ilhama gəldi,
Elə bil meşələr salam gəldi...
Rəng verdi, rəng aldı min gül, min çiçək
Səslədi şoferi gülümsəyərək:
-Ayə çat ocağı,
Bu saat, bu dəm
Heç yana, heç yerə mən tələsmirəm.
Epiloq qarışıq 22 hissədən, 100 səhfədən ibarət, bir kitab həcmli bu poemanın hər bir hissəsi bir məkanda və bir ovqatda yazılıb. Bu hissələrin hər birində böyük şairin və müəllifin səyyah ömrünün bir anı əksini tapıb. Əsərin “Görüş” hissəsində Şair Qazxda, ilk təhsilini aldığı Seminariyada-Pedməktəbdə rayonun sakinləri ilə görüşü təsvir olunur:
Vurğun Qazaxdadır... Bu xəbər, bu səs,
Hər kəndə yayıldı, hər evə çatdı;...
Şadlıq paltarını geydi qız, gəlin
Kəsəmən yeridi, Salahlı axdı...
Açıldı qabağı gedib gələnin;
Şəhər birdən-birə ayağa qalxdı.
Xalq öz şair oğlunu görünməmiş bir coşqu və intəhasız sevgi ilə qarşılayır. Görüşdə xatirələr dil açır,şairin seminariya yoldaş Mirqasım müəllim tələbəlik illərindən, birgə keçirdiyi günlərdən, Səmədin nakam məhəbbətindən xatirələr danışır, sonra şair şeir söyləyir:
Şeir deyir Səməd Vurğun,
Gözlər onun gözündədir;
İlham onun ürəyində,
Ləzzət onun sözündədir.
Gülümsəyir şirin-şirin
Qaşlarını oynadaraq...
Poemada təsvir olunan bu görüşlə müəllif, əslində Səməd Vurğunun Vətənimizin müxtəlif guşələrində keçirdiyi çoxsaylı görüşlərin ümumiləşdirilmiş bir epizodunu yaradıb. Və şairin bütün ölkəmizi əhatə edən belə görüşlərinin sayı hesabı yoxdur. Bu görüşlər sonradanBöyük şair haqqında insanların qəlbindən heç vaxt silinməyən, həm də kitablara köçən xatirələrə çevrilib.
Təbii ki, kiçik bir yazıda dastanın bütün məziyyətləri barədəyazmaq və fikir yürütmək imkanı məhduddur. Bununla belə əsərin ayrı ayrı məqamları var ki, onlardan yan keçmək mümkün deyildir. Poemanın “Vaqif” dramına həsr olunmuş “Dostlar” bölməsinə keçməzdən əvvəlşairin qardaşı Mehdixan Vəkilovun “Vaqif” dramının yazılması ilə əlaqədar fikirlərini bu yazıya daxil etmək fikrimcə, maraqlı olardı. Mehdixan Vəkilov yazır: 1937-ci ilin yarısında Səməd Vurğun özünün ilk və ölməz əsğrini-”Vaqif”i yazdı. Həmin ildə baş verən hadisələrlə əlaqədar S.Vurğun bəzən sabahkı gününə əmin ola bilmirdi; o, böhtanlardan qorxurdu. Böhtana düşən dostlarının taleyi onu dəhşətə gətirirdi. Məhz belə bir zamanda o, “ Vaqif” dramını yazdı.”Hüseyn Arifin də, qəhrəmanının “Vaqif” dramınınyazılması zamanını və bununla əlaqədar şairin dostu görkəmli tənqidçi və yazıçı Mehdi Hüseynlə diloqunu poemada çox canlı və parlaq şəkildə təsvir edir. Müəllifin, şairlə dostu Mehdi Hüseynin dialoqun qurmaqda məqsədi məhz,onlarməşhur əsərlərini,məşum otuz yeddinci illərdə zamanın dəhşətli təhlükələrinin təzyiqi altında yazıldığı aydın şəkildə sezilir. Eyni zamanda, müəllifin məqsədi həm də bu iki böyük sənətkarın dostluğunun və ədəbi əlaqələrinin, həmçinin onların zehninin və ədəbi qudrətinin məhsulu olan “Vaqif”dramı ilə ”Tərlan” romanının yazılma şəraiti və bu şəraitdə hər iki ustadın ədəbi kamilliyinin möhtəşəmliyini oxucuya və gələcək nəsillərə çatdırmaqdan ibarətdir:”Otuz yeddinci ildir... Mehdi masa dalında, o, evində “Tərlan”ı bitirməyə tələsir. Tələsir, tələsməmək, bəzən mümkün deyildir, üfüqdə dan sökülür. Yarımçıq qoymaq olmaz. Otuz yeddinci ildir. O qədər çəkməyir ki, birdən qapı döyülür.Dillənir-kimsən! –deyə. Aç, ay Mehdi,mənəm, mən. Səs dostunun səsidir, Səməd girir içəri.Yenə qıpqırmızıdır, onun qaynar gözləri. –Ay Mehdi! -Səməd buyur!- “Vaqif”dən oxuyacam. Bir azca yaxın otur”:
Sonadək oxuyub bükür dəftəri
Duyulur qəlbinin döyüntüləri.
Gur qara saçları dağılmış yenə,
Əlini dostununqoyur çiyninə.
Hə Mehdi, necədir, açdımı səni?
Səməd lap yerimdən oynatdı məni.
Elə vuruldum ki, Vaqifə düzü
Dolaşdı fikrimdə “Tərlan”ın sözü.
Yox, yox “Tərlan”ıda çıxartma yaddan.
Vaqif Vaqif olsun, Tərlan da Tərlan.
1950-ci illərin əvvəllərində, 37-ci illər Səməd Vurğun üçün yenidən təkrarlanırdı. Onun xalq arasında olan böyük nüfuzundan, ona olan intəhasız xalq məhəbbətindən qorxuya düşən vəzifə sahibləri və onların əlaltıları Şairi tənqid atəşinə tutmuşdular. Həmin illərdə şair özünün məşhur “Aygün” poemasını yazırdı. Əsər “Azərbaycan” jurnalında dərc olunan kimi şairə yenidən hücumlar başlanır. Xalq şairi Bəxtityar Vahabzadənin sözləri ilə desək”Əsər amansızcasına tənqid atəşinə tututlur. Əslində bu, ədəbi tənqiddən çox təhrif idi.” Həmin illərdə Səməd Vurğun bu üzdən iraq tənqidçilərə, müxənnətlərə, “mefistofellər”ə, nihilistlərə ünvanlanan bir neçə şeirlər yazır. Belə bədxahların feilləri Hüseyn Arifin də diqqətində yayınmamışdı və o, poemada bu dədxahlara “Nihilist” başlığı ilə xüsusi bölmə ayırmışdır. Müəllif bu bölmədə şairə böhtan atan, onun əsərlərinə əsassız hücum edən,ağır ittihamlar irəli sürən fürsətçilərə “Xəyanət cildini dəyişdirərək, yırtıcılar kimi pusquda duranları”, “canavar döşündən süd əmib, niyyəti, fikri didib dağıtmaq olanları”, “xayalı zülmət, eşqi cəhənnəm olanları”, “şöhrət düşkünü, vicdan oğrusu, nacins öküz kimi yana çəkənləri” ifşa edir, öz qüdrətli qələmi ilə onların cavabını verir:
Nihilist!Gözündə qapqara eynək,
Elə vicdanı da qaradır onun.
Oxuyur yenə də qeyzə gələrək,
Qalın kitabını Səməd Vurğunun...
Götürüb qələmi, alıb varağı,
Yenidən “Aygün”ə hücum elədi.
Bir daha açıldı əli, ayağı,
Baxın nələr yazdı, nələr elədi.
Nihilist yatmayıb əli varaqda,
Nələr uydururdu, nələr deyirdi,
Lakin öz qadını başqa otaqda
“Aygün”dən parçalar əzbərləyirdi
Poemanı oxuduqca müəllifin ifadəsində Səməd Vurğunun ömür və həyat yolu bir kino lenti kimi xəyalından keçir. Onu gah Muğanda ovçular arasında, gah Mingəçevirdə “Muğan” dastanını yaradan inşaatçılar arasında, gah Mil düzündə pambıqçılar arasında görürsən. Gah səsi Talıstandan, gah Göygöldən, gah da Şuşadan gəlir. Gah görürsən ki, ali xitabət kürsülərində mühazirə oxuyur, gah da Sülh Konqresində onun gur səsi eşidilir:
Danışır köksünü verib irəli,
Qalib bir ölkənin nümayəndəsi.
Yayılır dünyanın hər tərəfinə,
Vurğunun-Sülh- deyə gurlayan səsi .
Sıxılır, açılır danışdıqca o,
Geniş alnındakı uzanan izlər
Qara qaşlarını çatıb baxanda
Kəpəzdən boylanan qartala bənzər.
Dastanın son boyları kədərli notlarla, göynərti hisslərlə qələmə alınıb. Xüsusilə əsərin “Yataqda”, “Yubiley gecəsi” və “Son ayrılıq” bölmələrini həyacansız oxumaq mümkün deyil. Həmin bölmələrin hərəsindən bir neçə bənd nümunə gətirmək istəyirəm: Bu parça “Yubiley gecəsi”bölümündəndir:
“On iki may, saat səkkiz, Salon dolu, səhnə dolu;Fikir, xəyal içində biz,Seyr edirik sağı solu...
Kürsüdəki qardaşıdır,
Yanağında o görünən
Ləkə deyil, göz yaşıdır...
O, Vurğunun məktubunu
Oxuduqca ağır-ağır,
Düşündürür sözlər onu,
Görkəmindən həsrət yağır.
Məktub adi məktub deyil
İnsandakı inama bax...
Aşağıdakı parça isə əsərin “Son ayrılıq” bölümündəndir:
Gözümün önündə fəxri xiyaban
Torpağın qoynunda yüz qəbir yatır...
Söylət hər kərpici, dindir hər daşı,
Neçəsöz gizlənib, neçə sirr yatır.
Yenə də üstümü aldı duman, çən,
Hüseyn hörmətlə ayaq saxla sən,
Cəfərin xəbəri varmı görəsən
Ynında Vurğunla Üzeyir yatır...
Görkəmli pedaqoq,şairin qardaşı Mehdixan Vəkilov “Ömür dedikləri bir karvan yolu” kitabında Səməd Vurğunun, həmin kitab nəşr olunanadək heç kimə məlum olmayan, gənclərə ünvanlanmış “Uzaq nəslə məktub”u barədə məlumat verir. Səməd Vurğun məktubunda yazır:”Mənim əzizi və doğma nəslim!Mən əsirlərin başı üzərində sənin xoşbəxt sifətini, səninböyük günəş kimi parlaq taleyini... görürəm...Mən xəyalən sənə çatıram. Səninlə bir cərgədə addımlayıram. Mən elə bil səninlə birlikdə nəfəs alıram, səninlə ələ-ələ verərək addımlayıram. Mən sənin məsud sifətində, sənin uzaqgörəngözlərinin parıltısında nə isə doğmalıq, yaxınlıq görürəm. Mənə belə gəlir ki, mən həyat vəyaradıcılığımı davan etdirirəm, sənmənim simamasan. Mən səninlə fəxr edirəm, mənim əziz nəticəm! ...Səninlə necə fəxr etməmək olar,mənim əziziim?! Axı sən bütöv bir gələcəksən...”
Hüseyn Arif poemada sanki, Ustadının fikirlərini davam etdirərək yataqda ağır xəstə yatan qəhrəmanının dili ilə yazır:
... Gəncliyə fikir verin,
Gənclik!-o gələcəkdir.
Sabahı yoxsa əgər,
Bu gün kimə gərəkdir?!
Maraqlıdır! Müəllif, Səməd Vurğunun dastanını başa çatdırandan sonra yazdığı “Cəfər” dastanında da Vurğunu yada salır, onun haqqqında yazdığı bu dastana nə qədər həssaslıqla, məsuliyyətlə yanaşdığını, onu nə qədər sevərək yaratdığını səmimi şəkildə etiraf edir:
Arayıb axtarmaq adətim oldu,
Qorxub çəkinmədim, çəndən, çisəkdən.
Dostlar yaxşı bilir, gizli deyil bu,
“Yolda”nı yollarda tamamladım mən.
On yol qulaq asdım bir xatirəyə,
On dəfə bir yurda ziyarət etdim.
Vurğununilk izi necəymiş deyə,
Bir ildə on dəfə Qazağa getdim.
Və bu da əsərin epiloqu. Müəllif oxucuya müraciət edərək, böyük sevgi və məsuliyyət hissi ilə başa gətirdiyi bu dastanın qəhrəmanının ömrünün bütöv xəritəsini çəkməyin asan olmadığını və onu8n sonunun bitmədiyini bildirir:
Sonu görünməyir şair ömrünün,
Hər vaxt seyr edəcək doğma diyarı,
Mənim demədiyim nə varsa, o gün,
Deyəcək sabahın öz sənətkarı.
Hüseyn Arifin qənaəti düz çıxdı. Səməd Vurğun haqqında yüzlərlə xatirələr, öçerklər, elmi-tənqidi məqalələr yazıldı. Osman Sarıvəlli, Süleyman Rəhimov, Mehdi Hüseyn, Məmməd Araz kimi sənət korifeyləri Səməd Vurğuna böyük məhəbbətin təzahürü kimi ədəbi yaradıcılıqlarında baş qəhrəmanı Səməd Vurğunun olan bir-birindən gözəl əsərlər yaratdılar. Ədəbiyyatçünaslıq elmimizin yeni bir qolu “Vurğunşünaslıq” yarandı. Səməd Vurğun yaradıcılığının müxtəlif sahələrinə dair 19 namizədlik, 3 doktorluq disertasiyası müdafi edildi. Mehdi Hüseyn, Bəxyiyar Vahabzadə, Qulu Xəlilov, Cəlal Abdullayev, Adilxan Bayramov, Famil Mehdi kimi görkəmli elm və söz adamları öz elmi tədqiqatlarını Səməd Vurğun yaradıcılığına həsr edərək Vurğunşünaslığa çox dəyərli töhvələr verdilər. Bu il anadan olmasını 120 illik yubileyini keçirəcəyimiz Xalq şairi Səməd Vurğunun vəfatından 70 il keçməsinə baxmayaraq, bizə hər gün ona mənən daha da yaxınlaşırıq. Böyük istedad, böyük duyğular, böyük arzular və ideallar şairi olan, bu arzu və idealları öz əsərlərində tərənnüm edən və ölməz əsərlər yaradan poeziya qartalımız Xalq şairi Səməd Vurğun, bu gün də bizimlədir, bizimlə birgə addımlayır, sabah da bizimlə olacaq və onun haqqında ən gözəl əsərlər indən belə yaranacaqdır. Xalq şairi Hüseyn Arif dastanın finalında dediyi kimi:
Çoxdur açılmamış incvə nöqtələr,
Xalq şair oğlunu hey anacaqdır.
Vurğunun haqqında ən böyük əsər,
Hələ indən belə yaranacaqdır.
Ramiz Göyüş, yazıçı-publisist