
XIV Leo Türkiyəyə gələcəkmi? - ŞƏRH
09:03 15.05.2025
Siyasət
378
“Bir neçə il əvvəl bu suala birmənalı “yox” cavabı vermək olardı. Lakin Türkiyədə çox “olmayacaq” deyilən şeylər gerçəkləşib”
“Abdullah Öcalanla gedən danışıqlar, PKK-nın özünü buraxması və s. buna misal göstərmək olar”
Roma Papası XIV Leo (Robert Fransis Prevo) Türkiyəyə səfər edəcək. Papanın məqsədi Birinci İznik Şurasının 1700 illiyi ilə bağlı keçiriləcək tədbirdə iştirak etməkdir. Diqqətçəkən məqam Papa Fransiskin ölümündən əvvəl xələfinin sözügedən tədbirə getməsini vəsiyyət etməsidir. Ekspertlərin fikrincə, Papa XIV Leonun Türkiyəyə səfəri dini, tarixi və diplomatik baxımdan olduqca əhəmiyyətlidir.
İndiyə qədər heç bir Roma Papası İznik Şurasının tədbirlərinə qatılmayıb. Qeyd edək ki, bu şuranın ilk iclası eramızın 325-ci ilində keçirilib və xristianlıq tarixində ilk ümumdünya konsili hesab olunur. İclasın digər önəmi də xristianlığın ilk doktrinalarının formalaşmasında mühüm rol oynamasıdır. İznik Konsilləri tarixdə çox əhəmiyyətli olsa da, bu toplantılar Roma Papalarının deyil, əsasən Bizans imperatorlarının himayəsi altında keçirilmiş ümumdünya xristian şuraları idi. Roma papaları o dövrdə bu şuralara qatılmır, nümayəndələr (legat) göndərirdilər. Məsələn, Birinci İznik Konsilində Roma Papası I Silvestr şəxsən iştirak etməmiş, əvəzində yerinə iki nümayəndə göndərmişdi.

Politoloq Turan Rzayev "Şərq"ə deyib ki, ilk dəfə 1920-ci illərdə Roma Papası XI Piusun Türkiyəyə səfər etmək istəyi olub. Ancaq Mustafa Kamal Atatürk başda olmaqla Türkiyə rəhbərliyi bu təklifi qəbul etməyib. Ekspert vurğulayıb ki, Atatürk tərəfindən həyata keçirilən islahatlar və bu islahatların önəmli hissəsi olan dünyəvi dövlət quruculuğuna görə xristian liderinin səfəri, dövlətin dini təsirlərdən uzaq durma prinsipinə zidd hesab edilərək rədd edilib:
"1979-cu ildə isə Papa II İohann Pavelin Türkiyəyə səfəri planlaşdırılıb. Lakin həmin dövrdəki siyasi gərginliklər (sağ-sol qarşıdurması) və 20 noyabr 1979-cu ildə Cüheyman əl-Uteybi adlı radikal ideoloqun başçılıq etdiyi təxminən 500 silahlı şəxsin Kəbə basqınını həyata keçirməsi ilə əlaqədar bu səfər təxirə salınıb. Son olaraq, 2006-cı ildə Papa XVI Benediktin Türkiyəyə səfəri baş tutdu. Bu səfər, xüsusən də onun İslam haqqında açıqlamaları Türkiyədə geniş etirazlara səbəb oldu. Buna baxmayaraq, Papa İstanbulda Yunan Ortodoks Patriarxı I Bartolomeos ilə görüşərək, iki kilsə arasındakı əlaqələri müzakirə etdi. Yəni göründüyü kimi, Roma Papalarının Türkiyəyə səfəri ya baş tutmayıb, ya da baş tutsa da, İznikə səfərlərinə icazə verilməyib. İznik (Nikaea) tarixən Bizans dövrünün dini və siyasi mərkəzlərindən olub. Bu şəhər xristianlar üçün çox vacibdir. Hətta buranı xristianların ikinci qütbü kimi görənlər də var. Digər yandan İznikdə keçiriləcək tədbir həm də dini ziyarət mahiyyəti daşıyır. Nəzərə alsaq ki, bu günə qədər heç bir Roma Papası İznik Şurasının tədbirində iştirak etməyib, deməli, bu səfər baş tutsa, gələcəkdə şəhərin xristianlar üçün əhəmiyyəti daha da arta bilər. Roma Papasının İznikə səfəri təkcə dini yox, həm də kilsələrarası və siyasi baxımdan böyük simvolik məna daşıyacaq".
Analitik qeyd edib ki, Roma Papası XIV Leonun ABŞ Prezidenti Donald Trampın istəyi ilə papa seçildiyinə dair ciddi iddialar var:
"Digər tərəfdən, ABŞ-Rusiya və Tramp-Putin formatında baş verən son siyasi dialoqlar, dünya güclərinin geosiyasi bölgülər qarşısında xristian birliyini bərpa etmək istəyi kimi də şərh edilə bilər. Bu kontekstdə katolik və pravoslav kilsələrinin birləşməsi məsələsi yenidən müzakirə masasına gələ bilər. İndi əsas sual budur: Roma Papasının Birinci İznik Şurasının 1700 illiyinə həsr olunmuş tədbirdə iştirakı baş tutacaqmı? Bir neçə il əvvəl bu suala birmənalı “yox” cavabı vermək olardı. Lakin Türkiyədə çox “olmayacaq” deyilən şeylər gerçəkləşib. Abdullah Öcalanla gedən danışıqlar, PKK-nın özünü buraxması və s. buna misal göstərmək olar. Yəni Roma Papasının Türkiyədə Birinci İznik Şurasının tədbirinə qatılıb-qatılmayacağı haqda konkret nəsə demək çətindir".
Oxşar xəbərlər
Azərbaycan TRIPP-ə daxil olan avtomobil yolu və dəmir yolunun tikintisini demək olar ki, başa çatdırıb
23:13 10.08.2026
İlham Əliyev və Paşinyan birlikdə Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər
22:30 10.08.2026
Xəbər lenti
Hamısına bax
Mütəxəssislər açıqladı: İdeal yuxu müddəti 7 saat 48 dəqiqədir
05:25 11.08.2026
Sağlamlıq
ABŞ-də son 132 ilin istilik rekordu qırılıb
04:50 11.08.2026
Ekologiya
Rusiya Kiyevə ballistik raketlərlə hücum edib
04:14 11.08.2026
Aktual
Venesuelada zəlzələ qurbanlarının sayı 6 300 nəfərə çatıb
02:22 11.08.2026
Dünya
Ərəbistan vəhhabilikdən imtina edir
01:50 11.08.2026
Cəmiyyət
Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub
00:22 11.08.2026
Hadisə
İngiltərənin 71,3 faizində rəsmi olaraq quraqlıq elan edilib
23:57 10.08.2026
Dünya
"Bazel" - "Barselona" oyunu üçün bilet satışı dayandırıldı
23:35 10.08.2026
Futbol
Tramp İranla danışıqlara kompensasiya tələbini daxil etdi
22:13 10.08.2026
Gündəm
Türkiyə sahillərində PUA olduğu ehtimal edilən obyekt aşkarlanıb
21:37 10.08.2026
Hadisə
İranda Silahlı Qüvvələrə 6 yüksək rütbəli komandan təyin edilib
21:20 10.08.2026
Gündəm
Ərdoğan Aİ-yə mesaj verdi: “Vizasız rejim hamının marağındadır”
20:54 10.08.2026
Gündəm
Rusiya Moldovaya xəbərdarlıq etdi: “Cavab veriləcək”
20:27 10.08.2026
Dünya