Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı CHP-də üzvlük mərasiminə ödənişli "fiqurantların" gətirildiyi iddiaları ilə bağlı açıqlama verib.
Sherg.az xəbər verir ki, Baxçalı bildirib ki, CHP və Yeni Partiya ətrafında gedən müzakirələr Türkiyənin əsas gündəminə çevrilməməlidir. O, CHP-nin köklü siyasi ənənələrə malik olduğunu vurğulayaraq, partiya daxilindəki çəkişmələrin cəmiyyətə və ölkənin siyasi nüfuzuna zərər verə biləcəyini deyib.
MHP lideri həmçinin son günlər gündəmə gələn "rozet mərasimi", "fiqurant" və təşkilati mübahisələrin hərtərəfli araşdırılmalı olduğunu qeyd edib. Onun sözlərinə görə, həm süni görüntülərlə ictimai rəy formalaşdırmaq, həm də sübut olunmamış iddialarla insanları ittiham etmək qəbuledilməzdir.