ABŞ Prezidenti Donald Tramp Türkiyəni "möhtəşəm müttəfiq" adlandıraraq, Vaşinqtonun Ankaraya hansı silahları satacağına heç kimin müdaxilə edə bilməyəcəyini bildirib.
Sherg.az xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Türkiyənin güclü orduya malik olduğunu vurğulayıb və Prezident Rəcəb Tayyib Ərdoğanı dostu adlandırıb.
"Türkiyə möhtəşəm müttəfiqdir. Heç kim mənə kimə nə satmalı və ya satmamalı olduğumuzu deyə bilməz", - deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin İranla aparılan danışıqların müsbət nəticələnəcəyinə ümid etdiyini qeyd edib. O bildirib ki, diplomatik səylər uğursuz olacağı təqdirdə ABŞ güclü hərbi əməliyyatlara yenidən başlamağa hazırdır.