ABŞ Prezidenti Donald Trampın iyulun 28-də Vaşinqtonda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir. Rusiya mediası iddia edir ki, Zelenski görüşə Vaşinqtonun İrana münasibətdə mövqeyini sərtləşdirməyə hesablanmış planla gedir.
Sherg.az xəbər verir ki, "Komsomolskaya Pravda" qəzetində dərc olunan müəllif yazısında Zelenskinin ABŞ-ni İran və Rusiya arasında hərbi əməkdaşlığın təhlükələri barədə inandırmağa çalışacağı irəli sürülür.
Məqalədə həmçinin iddia olunur ki, Ukrayna son günlər İranla bağlı proseslərdə daha fəal rol almağa çalışır və bunu ABŞ ilə strateji tərəfdaşlığını gücləndirmək üçün fürsət kimi qiymətləndirir.
Yazıda, həmçinin, Zelenskinin Yaxın Şərq və Asiya regionlarında baş verən proseslərlə bağlı açıqlamaları tənqid edilir və onun beynəlxalq gündəmdə diqqət mərkəzində qalmağa çalışdığı iddia olunur.