"Demarkasiya prosesində təkcə İrəvan yox, rəsmi Bakı da iştirak edir" - Politoloq
12:11 06.06.2023
Siyasət
632
"Ona görə də Azərbaycanın istəkləri nəzərə alınmalıdır"
Uzun müddətdir Baş nazir Nikol Paşinyan da daxil olmaqla, Ermənistan rəsmilərinin guya Azərbaycan və Ermənistan sərhədinin delimitasiya prosesində 1975-ci il xəritəsindən istifadə ediləcəyi və buna Azərbaycan tərəfinin də razılıq verdiyi barədə iddialarına, nəhayət, Bakıdan cavab verilib.
Azərbaycan XİN-in bu gün Ermənistan TŞ katibi Armen Qriqoryana cavabında bu məsələyə ətraflı toxunulub.
Qeyd edilib ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub:
“Ümumiyyətlə, bu bəyanatlar BMT nizamnaməsinə və Almatı Bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur”.
Azərbaycan XİN açıq şəkildə bəyan edib ki, beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq, Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi olaraq seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında baş tutub:
Danışıqlar mətnini özlərinə uyğunlaşdırmaq Ermənistanın adəti olduğunu deyən politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, bizim bu mövzuda kifayət qədər təcrübəmiz var:
"Azərbaycan delimitasiya işini yeni aparmır. Biz Gürcüstan və Rusiya ilə də delimitasiya proseslərini aparmışıq. Həmçinin bu proseslərdə Sovet dönəmindən olan xəritələrlə yanaşı, yerli inzibati xəritələr istifadə olunub. Hətta müəyyən danışıqlarda tərəflərin mövqeləri dəqiqləşdirilib. Yəni ortada vahid meyar yoxdur və komissiya ona görə yaradılır ki, müxtəlif nüanslar nəzərə alınaraq proses davam etsin".
Analitik qeyd edib ki, Ermənistan özünəməxsus şəkildə vəziyyəti yozmaq istəyir:
"Onlar artıq öz şərtlərimiz üzərindən prosesi aparacağıq və Ermənistan öz mövqelərini təmin edəcək görüntüsü yaratmağa çalışır. Bu isə belə deyil. Sadəcə rəsmi İrəvan daxili auditoriyaya səslənir. Çünki erməni cəmiyyətində delimitasiya ilə bağlı müəyyən narahatlıqlar var. Amma delimitasiya və demarkasiya prosesində təkcə İrəvan yox, rəsmi Bakı da iştirak edir. Ona görə də Azərbaycanın istəkləri nəzərə alınmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SON DƏQİQƏ: Ərdoğanın sədrliyi ilə Kabinet toplaşdı
18:53 09.11.2026
Gündəm
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm