
Bu gün Qazaxla sərhəddə sülh danışıqları başlayır-Şərh
Yusif Sultanoğlu
03:02 30.11.2023
Gündəm
606
Azərbaycanla Ermənistanın vasitəçisiz birbaşa təması daha effektli olacaq
Belə format Ermənistan üçün də sərfəlidir ki, kənar güclərin təhrikindən və təzyiqindən xilas olsun
Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri Qazaxda sərhədlərin delimitasiyasını müzakirə edəcək. Baş nazirin müavini Şahin Mustafayevlə erməni həmkarı Mqer Qriqoryan arasında sərhədlərin delimitasiyası ilə bağlı görüş noyabrın 30-da baş tutacaq. Görüş Qazax-İcevan sərhədində olacaq. Xatırladaq ki, rəsmi Bakının sərhədlərdə görüş təklifinə cavab olaraq İrəvan noyabrın 30-da ikitərəfli komissiyaların müzakirəsinə razılıq vermişdi. Ekspertlərin fikrincə, vasitəçisiz təmasların davam etdirilməsi daha effektli olar və ciddi nəticələr doğurar.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, keçmiş millət vəkili Fərəc Quliyev "Sherg az"a açıqlamasında bildirib ki, Azərbaycan müharibədən ötən üç il ərzində, hətt savaşın gedişində belə dəfələrlə sülh çağırışı ilə çıxış edib. Dövlət başçısı müharibə gedən vaxt bəyan etdi ki, əgər Ermənistan qoşunları torpaqlarımızdan çıxarsa, hücum əməliyyatlarını dayandıra bilərik:
"Bu hələ müharibənin gedişində verilən bəyanat idi. Müharibədən sonra Azərbaycan tərəfi dəfələrlə sülhə çağırış edib. Həmçinin 5 bəndlik platformada sülh təklif olunub və vurğulanıb ki, həmin prinsiplər əsasında müqavilə imzalana bilər. Onların da hamısı beynəlxalq konvensiyalara əsaslanan 5 müddəadır. İrəvan tərəfi isə 3 bəndə etiraz etməsə də, digər 2 müddəada düzəlişlər etmək fikrində olduğunu demişdi. Bütün təşəbbüslər Azərbaycan tərəfindəndir. Rəsmi Bakı heç bir platformada danışıqlardan yayınmayıb, bizi ancaq nəticələr maraqlandırıb. Qərb platormalarında, o cümlədən Rusiyada görüşlər keçirildi və nəticə vermədi. Ölkə başçısı Gürcüstanda olarkən Ermənistana çağırış etdi ki, bölgədə bitərəf dövlətin vasitəçiliyi ilə görüşlər keçirilsin. İndi də rəsmi Bakı ikitərəfli görüşləri təklif edir. Halbuki Azərbaycan qalib dövlətdir, yəni bu gün daha çox qılınc haqqımız, təzminat, məhkəmə məsələləri gündəmdə olmalıdır. Amma Azərbaycan bölgədə barışcıl siyasətini davam etdirir, ermənilərə imtiyazlar verir. Ermənistanın himayədarları isə İrəvanı bu məsələdən yayındırmağa çalışır".

F.Quliyevə görə, istənilən halda Azərbaycanla Ermənistanın birbaşa danışığı daha effektlidir:
"Ermənistana ağalıq edənlər "moderator" adı ilə regiona girməyə səy göstərirlər, prosesi uzatmaq istəyirlər. Münaqişənin bir fazada qalması üçün müəyyən şərtlər irəli sürürlər. Ermənilərdən çox ermənilik edirlər. Artıq Ermənistan rəhbərliyi özü deyir ki, ölkə daxilində "Qarabağ institutlarının" yaranmasına imkan verməyəcəklər. Xaricdə isə bu məsələ ilə bağlı iddialar, hay-küy davam etməkdədir. Bəzi kənar dairələr Qarabağ ermənilərinə zəmanət istəyir, onu təmin edəcək qurumun yaradılmasını tələb edir və s. Bir sözlə, Minsk qrupuna bənzər təşkilat yaratmağa çalışırlar. O mənada indiki halda ikitərəfli görüş daha effektli ola bilər. Çünki ikitərəfli görüşlərdə tərəflər kənar vasitəçilərin deyil, öz istəklərini müzakirə edəcəklər. "Moderator" adı ilə prosesə girənlərin məqsədi isə odur ki, təsir imkanları, rıçaqlar onların əlində olsun. Ona görə də komissiyaların görüşünü Vaşinqton, Brüssel, yaxud Moskva görüşlərindən effektsiz hesab etmirəm. Əksinə, bu görüş daha faydalıdır. Yeni səhifə açmaq üçün ilk addımlardan biridir. Belə format Ermənistan üçün də sərfəlidir ki, kənar güclərin təhrikindən və təzyiqindən xilas olsun".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual