Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə iyulun 28-də paytaxtın bir sıra ərazilərində təmir-təftiş işləri aparılacaq.
Sherg.az xəbər verir ki, "Azərişıq" ASC-dən bildirilib ki, görüləcək işlərlə əlaqədar Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində 10:00-dan 13:00-dək Mətbuat prospekti və Ayna Sultanova küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.
Nərimanov rayonunda İzzəddin Həsənoğlu, Aşıq Molla Cümə və Təbriz küçələrində olan hündürmərtəbəli yaşayış binalarında saat 09:00-dan 13:00-dək mərhələli şəkildə elektrik enerjisinin verilişi dayandırılacaq.
Xətai rayonunda 10:00-dan 16:00-dək Məzahir Rüstəmov, Seyid Əzim Şirvani, Məhəmməd Hadi, Lütfi Zadə, Qaçaq Nəbi və Sarayevo küçələrində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.
"Azərişıq" ASC-dən bildirilib ki, təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.