Paşinyan separatçılara nəzarəti itirib
Yusif Nəzərli
00:57 07.06.2023
Siyasət
642
Silahlı ünsürlər birbaşa Rusiyanın nəzarətindədir
"Qarabağ separatçıları İrəvana tabe olmur və bütün direktivləri Kremldən alırlar”
Ermənistanın Qarabağı Azərbaycan ərazisi kimi tanıması Xankəndidəki separatçıları əhəmiyyətli dərəcədə radikallaşdırıb. Rusiyalı politoloq İqor Korotçenko son dövrlər Qarabağdakı qanunsuz silahlı birləşmələrinin Azərbaycan Ordusuna qarşı təxribatlarını şərh edərkən bildirib ki, Qarabağda silahlı təxribatlar və terror aktları gözləntisi çoxdur. Onun sözlərinə görə, separatçıların daha da radikallaşması müxtəlif ölkələrdə erməni diasporunun Qarabağ mövzusunda siyasi səylərini artması ilə üst-üstə düşür: "Bütün bu amilləri birləşdirəndə, təxribatların baş verəcəyi kifayət qədər real görünür. Bəlkə də bu təxribatlar yaxın gələcəkdə törədiləcək”. Rusiyalı politoloq hesab edir ki, Paşinyan Qarabağ separatçıları üzərində nəzarəti itirir: “Paşinyan hakimiyyəti artıq separatçıların davranışlarına tam nəzarət edə bilmir. Qismən nəzarət qala bilər, lakin tam deyil. Unutmaq olmaz ki, Qarabağda təkcə erməni yaraqlıları yox, həm də Ermənistan Müdafiə Nazirliyinin əmri ilə hərəkət edən silahlı dəstələr var. Bununla yanaşı, Ermənistanın hərbi kəşfiyyatının nümayəndələri də Qarabağdadır". Korotçenko bildirib ki, İrəvanın nəzarəti xeyli dərəcədə azaldığı üçün artıq erməni silahlı dəstələri "müstəqil" hərəkət edirlər.
AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli "Şərq"ə açıqlamasında bildirib ki, Rusiya sülhməramlıları Qarabağ ərazisinə daxil olduğu gündən İrəvan separatçılara nəzarəti itirib. Analitik hesab edir ki, hazırda separatçılar və silahlı ünsürlər birbaşa Rusiyanın nəzarətindədir: "Qarabağ separatçıları İrəvana tabe olmur və bütün direktivləri Kremldən alırlar. İndiki məqamda separatçıların "cəsarətlənməsinin" arxasında Moskva durur. Ruben Vardanyan və Araik Arutyunyan Rusiyaya hər səfərlərindən sonra müharibə ritorikasından danışır, rəsmi Bakını təhdid edirlər. Separatçılar Rusiyanın əlində təsir rıçağıdır. Moskva Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanmasında maraqlı deyil. Çünki sülh müqaviləsinin imzalanmasından sonra Rusiyanın nə Ermənistanda, nə də Azərbaycanda mövcudluğunun mənası qalır. Moskvanın qorxusu sadəcə Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılması ilə bağlı deyil, Kreml ehtiyat edir ki, sabah ermənilər də rus bazasının Gümrüdən çıxarılmasını tələb edə bilər. Bununla da Moskva Cənubi Qafqazda bütün rıçaqlarını itirmiş olar. Ona görə də hər vəchlə separatçılara silah-sursat, eyni zamanda vəd verərək, onları "ruhlandırırlar". Çalışırlar ki, separatçılar sonadək Azərbaycana müqavimət göstərsinlər, prosesi pozsunlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyaya məxsus hərbi stansiya və anbarlar məhv edildi
18:49 09.11.2026
Dünya
NATO Rusiya ilə görüşə onu göndərir
18:42 09.11.2026
Gündəm
Viktor Orbanın qardaşı saxlanıldı
18:02 09.11.2026
Dünya
Xamenei ABŞ-la bağlı bu göstərişi verdi - Pezeşkian
17:57 09.11.2026
Gündəm
Türkiyədə zəlzələ oldu
17:24 09.11.2026
Gündəm
Adanada zəlzələ olub
17:02 09.11.2026
Hadisə
Paşinyan İranla regional kommunikasiyaları müzakirə etdi
16:52 09.11.2026
Region
Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
16:24 09.11.2026
Cəmiyyət
Peskov: Avropa Əbu-Dabidəki danışıqlarda iştirak etməyəcək
16:17 09.11.2026
Dünya
Pezeşkian: Biz dialoq və danışıqlar tərəfdarıyıq
16:11 09.11.2026
Gündəm
Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
15:51 09.11.2026
Dünya
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, təbrikini çatdırıb
15:34 09.11.2026
Gündəm
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya