"Həyat yoldaşıma görə narahatam"
Yusif Nəzərli
21:20 12.04.2022
Müsahibə
2511
Olena Zelenski: "Övladlarımı qorumaq üçün lazım olan nə varsa edirəm"
"Artıq bütün digər ukraynalılar kimi yaşayırıq. Hamımızın bir arzusu var; sülh"
Ukrayna prezidentinin həyat yoldaşı, ölkənin birinci xanımı Olena Zelenski Rusiya işğalının başladığı gündən yaşananları, keçirdiyi hissləri “Vogue” dərgisinə anladıb. Birinci xanım “bütün ukraynalılar necə yaşayırsa, biz də o cür yaşayırıq artıq. Hamımızın bir arzusu var; sülh. Mən hər bir ana və həyat yoldaşı kimi təbii ki, həyat yoldaşıma görə narahatam və övladlarımı qorumaq üçün lazım olan nə varsa edirəm”, deyib. “NTV.com.tr” Olena Zelenskinin müsahibəsindən müəyyən hissələri təqdim edib.
- İşğalın ilk gününü anlada bilərsiniz, nələri dəqiq xatırlayırsınız?
- Başlanğıcı çox yaxşı xatırlayıram. Normal bir iş günü və axşam idi. Uşaqlar məktəbdən qayıtmışdı, ev işləri, növbəti dərs gününə hazırlıq... Gərgin idik. Hər yerdə mümkün işğal haqqında çox danışılırdı. Amma son anadək bunun baş verəcəyinə inanmaq imkansızdı. XXI əsrdə işğal?!. Modern dünyada?!. Saat 4 ilə 5 arası bir səsə oyandım. Partlayış olduğunu anladım. Nələr baş verəcəyini isə anlamadım. Həyat yoldaşım yataqda deyildi. Amma yataqdan qalxanda onu ayaq üstə, artıq geyimli gördüm və “başladı”, dedi. Dediyi təkcə bu oldu.
- Oğlunuz 9, qızınız 17 yaşındadır. Baş verənlər haqqında onlara nə dediniz?
- Onlara əlavə nəsə başa salmağa ehtiyac yoxdu. Ukraynadakı bütün uşaqlar kimi onlar da hər şeyi özləri görürlər. Əlbəttə, olanlar uşaqların görməsi gərəkən hadisələr deyil, amma uşaqlar, ümumiyyətlə, çox dürüst və səmimidirlər. Onlardan nəyisə gizlətmək mümkün deyil. Buna görə də ən düzgün strategiya həqiqəti söyləməkdir. Qızım və oğlumla baş verənlər barədə danışdıq. Onların suallarına cavab verməyə çalışdım. Bu gün də uşaqlarımla çox danışıram, çünki nəyin acı, kədər gətirdiyini söyləmək, səssiz qalmaqdan, özünə qapanmaqdan yaxşıdır və insana kömək edir.
- Şəxsi və bir vətəndaş olaraq duyğularınızı tərif edə bilərsiniz?
- Müharibə hər kəsi, xalqı birləşdirdi. Və bu, şübhəsiz, bizə hücum edənlərin ölümcül xətası oldu. Hamımız öncə ukraynalıyıq, bundan sonrası isə əhəmiyyətsizdir. Bizi bölməyə, parçalamağa, daxildə savaşı körükləməyə çalışdılar, amma bacarmadılar. Ukraynalılarla belə davranmaq mümkün deyil. Birimiz işgəncə gördükdə və ya öldürüldükdə hər birimiz bunu hiss edirik. Vətəndaşlıq hissinin yaranması və ya yüksəlməsi üçün təbliğata ehtiyacımız yoxdur.
- Mənəvi baxımdan necə dirəniş göstərə bilirsiniz? Bu müddət ərzində müraciət etdiyiniz hansısa dostunuz, dəstək aldığınız bir mənbə varmı? Müharibənin ilk həftələrində və indi həyat yoldaşınızla nə qədər təmasdasınız?
- Başlanğıcda duyğularla hərəkət etməyə zamanım yox idi. Uşaqlarımla maraqlanmalıydım, onların hansı hisslər keçirdiyini bilməliydim. Onların qarşısında özünə güvənən, enerjili, gülümsəyən bir ana olmalıydım. Uşaqlara zirzəmiyə enməli olduğumuzu və buna görə işıqları yandıra bilməyəcəyimizi söylədim. “Atamızı nə vaxt görəcəyik” sualına da inandırıcı bir şəkildə “yaxın zamanda” cavabını verdim. İlk günlər həyat yoldaşımla birlikdə ola biləcəyimi düşünürdüm. Amma Prezident ofisi hərbi mərkəz halına döndü, artıq mənim və övladlarımızın orada qalması mümkün deyildi. Təhlükəsiz bir yerə köçməliydik. Bizə bu əmr edildi. O zamandan bəri Vladimirlə yalnız telefonla danışıram.
- Hazırda yaşayışınız necədi?
- Artıq bütün digər ukraynalılar kimi yaşayırıq. Hamımızın bir arzusu var; sülh. Mən hər bir ana və həyat yoldaşı kimi təbii ki, həyat yoldaşıma görə narahatam və övladlarımı qorumaq üçün lazım olan nə varsa edirəm.
- Sizə ümid verən nədir?
- Ailəm. Hər bir ukraynalı kimi. Və millətim. Orduya və bir-birilərinə yardım etmək inanılmaz şəkildə birləşən insanlarımız. Hər kəs əlindən gələni edir. Zəfərə yaxınlaşmağa can atırlar. Ukraynalılar belədir. Ona görə də ümidliyik. Zəfərə inanırıq.
Hazırladı: Məlahət Rzayeva
Oxşar xəbərlər
Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq - NASA aliminin "Şərq"ə MÜSAHİBƏSİ
19:41 01.07.2026
"Bir stəkan su istədi və sonra vəsiyyət etdi ki..." - Köməkçisi Elçibəyin son anlarından danışdı
16:32 24.06.2026
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm