Politoloq: “Cənubi Qafqazda “Taliban” Ermənistanın kabusuna çevrilə bilər”
Banuçiçək Kalbalıyeva
12:25 20.08.2021
Müsahibə
1944
ABŞ dövlət başçısı Co Bayden ABC telekompaniyasına müsahibə verib. Prezident bildirib ki, qoşunların Əfqanıstandan çıxarılması qərarını verməzdən əvvəl Avropadakı NATO müttəfiqləri ilə müzakirələr apardım. Onlar da razılaşdılar ki, biz Əfqanıstandan çıxmalıyıq
ABŞ Prezidenti qoşunların Əfqanıstandan çıxarılmasının sadə bir seçim olduğunu və bunun daha təsirli bir şəkildə həyata keçirilə bilməyəcəyini qeyd edib: “Biz keçmişə dönüb baxacağıq, amma hansısa şəkildə xaosa səbəb olmadan Əfqanıstandan çıxmağın bir yolu barədə nəsə deyə bilmərəm, çünki bunun necə olduğunu bilmirəm”.
O, “Taliban”ın Əfqanıstanı hansı müddətə nəzarətə götürəcəyinə dair kəşfiyyatın uğursuzluğu ilə bağlı sualı da cavablandırıb: “Düşünürəm ki, bu məsələdə konsensus yox idi. Geriyə dönüb kəşfiyyat hesabatlarına baxsanız görəcəksiniz ki, “Taliban”ın ölkəyə nəzarəti ilin sonuna proqnozlaşdırılırdı”.
Görünür, böytük güclər artıq Əfqanıstandakı yeni hökumətlə bağlı düşünməyə başlayıblar. Supergüclərin bundan sonrakı siyasəti isə “Taliban”ın sabitliyindən asılıdır.
“Sherg.az” olaraq BDU-nun professoru, politoloq Əlimusa İbrahimovla Əfqanıstanda baş verən hadisələr və regiona təsiri barədə həmsöhbət olduq:
- Sizcə, “Taliban” hökuməti nə qədər dayanıqlı olacaq?
- Bu, onun özündən asılıdır. “Taliban” 1996-2001-ci illərdə də hakimiyyətdə olmuşdu. O vaxt qoşa qüllələrin partladılmasından sonra ABŞ “Taliban”ı Əfqanıstandan çıxardı. Həm də sözügedən hərəkat onda təcrübəsiz idi, çox sərt qaydalar tətbiq edirdi. İndi isə müəyyən praktikaya sahibdir. Fikrimcə, “Taliban” vətəndaşlara və qonşu dövlətlərə qarşı səbrli davransa, dayanıqlı ola bilər.
- Bayden müsahibəsində, həmçinin Əl-Qaidənin Əfqanıstana girməyinin gözlənilən olduğunu deyib. Bu, nəyə işarədir?
- Bu, “Taliban” siyasətinin iflasa uğradığını göstərir. Vətəndaşlar ABŞ prezidentinin məlum addımına, yəni ölkədən çıxmağa görə Baydeni tənqid edirlər. Beləliklə, ABŞ dövlət başçısı bir neçə ay sonra yenə Əfqanıstana qoşun yeritmək üçün “ayaq yeri saxlayır”.
- Azərbaycanın Əfqanıstandakı yeni hökuməti tanıması barədə nə düşünürsünüz?
- Rəsmi Bakı bunun üçün tələsməyəcək. Dünya dövlətləri “Taliban”ı tanısa, daxili və xarici siyasətimiz bunu tələb etsə, biz də tanıyacağıq. Əks halda isə yox. İstənilən halda yeni hökumət Azərbaycan üçün təhlükəli deyil. Əksinə, Cənubi Qafqazda “Taliban” Ermənistanın kabusuna çevilə bilər.
- Niyə belə düşünürsünüz?
- Hakimiyyətinin ilk dövründə “Taliban”ı ilk tanıyanlardan və onu dəstəkləyənlərdən biri qardaş ölkə Pakistan idi. Pakistan indi müsbət bəyanatlar səsləndirib. Həmçinin sözügedən qruplaşma ilə digər strateji müttəfiqimiz Türkiyə arasında yaxşı münasibət var. Bu, onu deməyə əsas verir ki, biz narahat olmalı deyilik. Hələlik Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistan “Taliban”ı tanıyacağı barədə bəyanat səslənirib. Yəqin, təxminən bir ilə daha konkret münasibət bildirəcəklər. Bakı isə hələ iki-üç il gözləməli, “Taliban”ın xarici siyasət kursunu öyrənməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə