Üçtərəfli razılaşmanın icrası sürətlənir: “Qarabağdakı erməni hərbi birləşmələrini zərərsizləşdirmək üçün...”
Banuçiçək Kalbalıyeva
13:51 16.07.2021
Müsahibə
2326
Torpaqlarımızı azad etdik. İndi əsas məqsədimiz Böyük qayıdışı təmin etməkdir. Bunun üçün isə əvvəlcə ərazi minalardan təmizlənməlidir. Yəni mütləq- elə, ya belə minalı ərazilərin xəritəsini əldə etməliyik. Əlbəttə, kifayət qədər imkanımız var. Sadəcə onlardan ən idealını seçmək lazımdır.
Odur ki, “Sherg.az” olaraq minalı ərazilərin xəritəsinin taleyi haqqında jurnalist, politoloq Anar Həsənovla müzakirə apardıq:
- Şuşada qalıqları tapılan “İsgəndər-M” məsələni yenidən gündəmə gətirmək minalı ərazilərin xəritəsinin alınmasında nə qədər effektli ola bilər?
- Bunun lazımi nəticə verəcəyinə inanmıram. Tarixdən də görürük ki, Rusiya onunla ultimatum tərzində danışılmasını xoşlamır və adekvat cavab verir. Bu mənada “İsgəndər” məsələsini yenidən gündəmə gətirməyimiz Moskvanın xoşuna gəlməyə bilər.
- Bəs Bakıda saxlanılan terrorçularla digər xəritələrin dəyişilməsi barədə nə düşünürsünüz?
- Aralarında muzdlu döyüşçülər də olan həmin hərbi əsirlərin cinayətləri artıq təsdiqlənib. Onlar böyük vəhşiliklər törədiblər. Fikrimcə, xəritə qarşılığında terrorçuların geri qaytarılması doğru olmaz. Həmin döyüşçülər törətdikləri əməllərə görə layiqli cəzalarını almalı və axıradək məhbəslərdə qalmalıdırlar.
- Elə isə xəritələrin alınması üçün nə edilməlidir?
- Ən güclü təsir vasitəsi Azərbaycan ordusudur. Silahlı qüvvələrimiz, “Dəmir yumruğumuz” düşməni tələblərimizin, o cümlədən üçtərəfli razılaşmanın şərtlərini yerinə yetirməyə məcbur etməyə qadirdir.
- Proseslərin bundan sonrakı inkişafını necə görürsünüz?
- Biz səbrsiz davranmırıq. Lakin ard-arda törədilən təxribatlar Qarabağdakı erməni hərbi birləşmələrini zərərsizləşdirmək üçün əlimizə ciddi “kozır” verir. Azərbaycan diplomatiyasının atdığı addımlar, o cümlədən Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin arasındakı münasibətlər üçtərəfli razılaşmanın icrasını sürətləndirə bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol