Ukrayna limanlarından taxıl yüklü daha altı gəmi yola çıxıb
09:29 28.08.2022
Müsahibə
5167
Kənd təsərrüfatı məhsulları yüklənmiş daha altı gəmi bazar günü səhər saatlarında Ukrayna limanlarından yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib. Gəmilərin hərəkətini izləyən Marine Traffic xidmətinin məlumatına görə, söhbət Melina, Silver Lady, FPMC B 201, DS Sofie Bulker, SSI Invincible II və Aeolos gəmilərindən gedir. Onlar ümumilikdə 210 min 294 ton yük aparır.
Şənbə günü İstanbuldakı Birgə Koordinasiya Mərkəzinin mütəxəssisləri doqquz gəmiyə baxış keçiriblər, bu gün isə daha altı gəminin yoxlanılması gözlənilir.
Ukraynadan kənd təsərrüfatı məhsullarının daşınması Birgə Koordinasiya Mərkəzinin nəzarət etdiyi humanitar dəhliz vasitəsilə həyata keçirilir. Mərkəzin nümayəndələri hər bir gəmini Bosfor boğazına girməzdən öncə yoxlayır və analoji tədbirlər Ukraynaya gedən yük gəmilərinə də şamil olunur.
Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 26-da bildirib ki, “taxıl dəhlizi” vasitəsilə artıq bir milyona yaxın ton kənd təsərrüfatı məhsulları ixrac edilib.
Xatırladaq ki, Ukraynadan ərzaq məhsullarının dünya bazarlarına ixracı probleminin həlli üçün iyulun 22-də İstanbulda sənədlər paketi imzalanıb və Birgə Koordinasiya Mərkəzi yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət
“Neftçi” Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı
20:10 14.09.2026
Futbol
Ramiz Mehdiyevin məhkəməsi başlayır
19:55 14.09.2026
Hadisə