Ukraynada ezamiyyətdə olan türkiyəli jurnalist:"Bilmədiyimiz nələrsə var"
Yusif Nəzərli
08:58 10.03.2022
Müsahibə
1545
Ukraynada vəziyyət gərgin olaraq qalmaqdadır. Təkcə döyüşçülər arasında deyil, mülki əhalidən də itki kifayət qədərdir. Prezident Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın bu günlərdə dünya ictimaiyyətinə yazdığı açıq məktub ölkədəki durumun ən bariz göstəricisi olmaqla yanaşı, həm də qürur nümunəsi idi. Hakimiyyət də, xalq də məğrurdur.
Danışıqlar davam edir. Yəqin ki, diplomatiya masası arxasında hər iki tərəfin maraqları təmin olunanadək hərbi əməliyyatlar davam edəcək. Kimin axıradək tab gətirə biləcəyi isə hələlik məlum deyil.
"Sherg.az" olaraq Ukraynada ezamiyyətdə türkiyəli operator Hilmi Yaşa ilə ölkədəki hazırkı şəraiti müzakirə etdik:
- Kiyevdə durum necədir?
- Burada atışmalar yoxdu, amma raketlər atılır. Ruslar konkret hədəfləri vururlar. Hərçənd bəzən hədəflər qeyri- dəqiq ola bilir. Gənclər əllərində silah şəhəri müdafiə edirlər.
- İctimai rəy necədir?
- İnsanlar çox sakitdir. Əsla həyacan, təlaş yoxdur. Görünür, millət dövlətə güvənir.
- İki dünya müharibəsində qalib gələn Rusiyanın indi Kiyevə girmək üçün bu qədər güc sərf etməsi və bunu hələ də bacarmaması, sizcə, qəribə deyil?
- Bu, mənə də maraqlıdır. Əslində ruslar irəliləyirlər, amma çox yavaş. Ola bilsin, hələ də bizim bilmədiyimiz nələrsə var.
- Müharibənin nəticəsi barədə nə düşünürsüz?
- Əgər tərəflər diplomatik masa arxasına əyləşsələr və Rusiya istədiyi torpaqları Ukraynadan qoparsa Zelenski hakimiyyətdən gedər. Yox, döyüşlər davam etsə, Putin iqtidarı tədricən zəifləyər.
- Davam edən informasiya müharibəsini necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, bu məsələdə Ukrayna tərəfi daha üstündür. Ukrayna mediasi daha fəaldır.
- Yerli jurnalistlər necə çalışırlar?
- Ukrayna Tv kanalları ortaq yayımlarla çıxış edir. Xalqın dəstəyini, həmrəyliyini göstərir, məsul şəxslərlə onlayn müsahibələr edirlər. Əsas məqsəd xalq arasındakı müsbət əhval- ruhiyyəni qorumaqdır.
Oxşar xəbərlər
Gələcəkdə bir damla su uğrunda bir damla qan axıdılacaq - NASA aliminin "Şərq"ə MÜSAHİBƏSİ
19:41 01.07.2026
"Bir stəkan su istədi və sonra vəsiyyət etdi ki..." - Köməkçisi Elçibəyin son anlarından danışdı
16:32 24.06.2026
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm