Şuşada içməli və çirkab sutəmizləyici qurğuların inşası nəzərdə tutulur
Yusif Nəzərli
09:21 09.11.2022
Qarabağ
755
Şuşa şəhərinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi uğurla davam etdirilir.
"APA-Economics" “Azərsu” ASC-yə istinadən xəbər verir ki, şəhərin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması məqsədilə alternativ su mənbəyinin yaradılması layihəsi üzrə işlər yekunlaşmaq üzrədir. “Azərsu” ASC-nin sifarişinə uyğun olaraq Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr olan sutoplayıcı bənd tikilib. Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmərin tikintisi işləri aparılıb. Hazırda layihə üzrə son tamamlama işləri həyata keçirilir.
Yeni mənbə suya tələbatın kəskin artdığı yay aylarında, eləcə də sərt şaxtalar zamanı Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın azaldığı qış aylarında Şuşa şəhərinin dayanıqlı içməli su təchizatının aparılmasına imkan verəcək. Layihəyə uyğun olaraq Kiçik Kirs mənbəsində yenidənqurma işləri aparılıb, yeni sutoplayıcı qurğu, Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara 5,3 km-lik yararsız hissəsi polad borularla əvəzlənib, magistral kəmərin üzərində təzyiqqırıcı və subölüşdürücü kamera inşa olunub.
Təsdiqlənmiş layihəyə uyğun olaraq Şuşa şəhərinin relyef baxımından hündür nöqtələrində 2 ədəd mərkəzi anbarın tikintisinə də başlanılıb. Layihələndirmə zamanı əhalinin dayanıqlı içməli su təchizatının aparılması üçün şəhər 8 müxtəlif təzyiq zonasına bölünüb, bu zonalardan 6-sı özüaxımlı rejimdə, 2-si isə hidrofor nasoslarla su ilə təmin olunacaq.
Şuşa şəhərinin içməli və tullantı su təchizatı sistemlərinin yenidən qurulmasının növbəti mərhələsində şəhərdaxili şəbəkələrin tamamilə yenidən qurulması, içməli və çirkab sutəmizləyici qurğuların inşası nəzərdə tutulur. Hazırda “Azərsu” ASC-nin və məsləhətçi şirkətlərin mütəxəssisləri bu istiqamətdə axtarış və tədqiqat işlərini davam etdirirlər.
Qeyd edək ki, Şuşa şəhərinin azad olunması uğrunda döyüşlər zamanı şəhəri içməli su ilə təmin edən hər iki magistral kəməri məqsədli şəkildə sıradan çıxarılmışdı. Qısa müddət ərazində Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən şəhərə suyun verilməsi təmin olunub, şəhərdaxili şəbəkədə tənzimləmə işləri aparılıb. Hazırda “Azərsu” ASC tərəfindən Şuşa şəhəri, Kəlbəcər, Laçın, Zəngilan rayonları və Hadrut qəsəbəsində fasiləsiz xidmət təşkil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm