Ukrayna Prezidenti: Rusiyanın tələblərini qəbul etməyəcəyəm
10:06 24.06.2025
Müsahibə
638
“Atəşkəs müharibədə heç-heçədir. Atəşkəs Rusiya üçün müharibəni müvəqqəti dondurmaq üçün bir yoldur”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski “Rusiya Prezidenti Vladimir Putinlə güzəştə getməyin vaxtıdırmı” sualına belə cavab verib:
“Hər halda atəşkəs heç-heçə deməkdir - nə qələbə, nə də məğlubiyyətdir. Bu, de-fakto müvəqqəti dondurmadır və bu, hər iki tərəf üçün kompromisdir. Bu müharibənin hər iki tərəfinin tamamilə fərqli məqsədləri var. Ruslar bizi işğal etmək niyyətindədirlər, bunu açıq şəkildə bəyan edirlər. Ukraynalılar isə müharibəni dayandırmaq niyyətindədirlər”.
Ukrayna lideri rusiyalı həmkarının müharibəni dayandırmaq tələblərinə əməl etməyə hazır olub-olmaması ilə bağlı suala mənfi cavab verib:
“Xeyr. İlk növbədə, biz dialoqun, qeyd-şərtsiz atəşkəsin tərəfdarıyıq. Görüşmək, danışmaq və real kompromisin mümkün olub-olmadığını anlamaq fikrini dəstəkləyirik. Müharibəni dayandırmaq üçün real yol varmı? Bu, vacibdir, çünki belə bir görüşdən, danışıqlardan sonra hansısa çıxış yolu axtarmaq lazımdır”.
Zelenski vurğulayıb ki, Putin təkcə Ukrayna ərazisini deyil, həm də onun kimliyini tədricən məhv etmək istəyir:
“Rusiya diktatoru Ukraynanın ləng işğalına, Avropanın yardımının azaldılmasına və ABŞ-nin müharibədən tamamilə çıxmasına ümid edir, həm də sanksiyaların ləğvini gözləyir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət