Rusiya “dalana dirənib”: “Ya Ermənistanı təxribatlardan çəkindirməli, ya da...”
Banuçiçək Kalbalıyeva
11:43 26.08.2021
Siyasət
1000
“Rusiya bir tərəfdən strateji müttəfiqi Ermənistanı yenidən silahlandırır, digər yandan Azərbaycanla münasibətləri korlamaq istəmir”
“Moskva üçün bu ikisini paralel idarə etmək getdikcə çətinləşir”
“Azərbaycan cəmiyyəti Rusiyanın siyasətindən narazıdır, əksəriyyət ordunun Laçın dəhlizini nəzarət altına almasını və Qarabağdakı separatçıların tərksilahını istəyir”
“Ermənistan hakimiyyəti və Qarabağdakı erməni separatçılarla yanaşı Rusiyanın da regional problemləri artıb. Xankəndidə su kəsilir, rusiyalı hərbçilər su daşıyırlar, silah anbarında partlayış baş verir, alovu söndürməyə çalışırlar, mobil əlaqə kəsilir, bunun bərpası haqqında düşünmək məcburiyyətində qalırlar. İndi də rusiyalı hərbçilər tökülüşüblər Gorus-Qafan yoluna. Ərazimizə düşən və azərbaycanlı sərhədçilərin bağladığı yolu açmağa çalışırlar”.
Bu sözləri “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O, daha ətraflı “Sherg.az”a danışdı:
“Rusiyalı hərbçilər özlərini Abxaziyada, Cənubi Osetiyada, qeyri-rəsmi var olduqları Dnestr və Donbass bölgəsində daha rahat hiss edirlər. Çünki ayırıcı xətlər bəllidir, toqquşmalar yox dərəcəsindədir, mövqelərini qoruyurlar. Qarabağ və Azərbaycan-Ermənistan sərhədində isə durum tam fərqlidir. Moskvanın vasitəçiliyi ilə müharibənin bitməsini şərtləndirən iki bəyanatın qəbul olunmasına baxmayaraq, toqquşmalar və gərginliklər davam edir. Faktiki olaraq münaqişənin yeni fazasına daxil olmuşuq. Anti-terror əməliyyatının həyata keçiriləcəyi də istisna deyil”.
E.Şahinoğlunun fikrincə, şimal qonşumuz getdikcə “dalana dirənir”:
“Rusiya bir tərəfdən strateji müttəfiqi Ermənistanı dəstəkləyir, onu yenidən silahlandırır, Qarabağda erməni separatçıları ilə təmas içindədir, ancaq o biri tərəfdən Azərbaycanla münasibətləri korlamaq istəmir. Moskva üçün bu ikisini paralel idarə etmək getdikcə çətinləşir. Azərbaycan cəmiyyəti Rusiyanın siyasətindən narazıdır, əksəriyyət ordunun Laçın dəhlizini nəzarət altına almasını və Qarabağdakı separatçıların tərksilahını istəyir. Ermənilərin artan təxribatları bizdən bu prosesi sürətləndirməyi tələb edir. Kreml iki yoldan birini seçməlidir: ya Ermənistanı təxribatlardan çəkindirməli, iki dövlət arasında sülh sazişinin imzalanmasını, sərhədlərin müəyyənləşdirilməsini, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını sürətləndirməli və bununla bölgədə sabitliyə nail olmalı, ya da Ermənistana və onun təxribatlarına dayaq durmaqla tədricən Azərbaycanla münasibətləri gərginləşdirməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm
BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib
12:12 16.03.2026
Dünya
Veteran futbolçumuza UEFA-da rəhbər vəzifə verildi
11:58 16.03.2026
Futbol
Yaponiyada strateji neft ehtiyatları satışa çıxarılıb
11:38 16.03.2026
Gündəm