
Sülh müqaviləsi: "Boz zona" artıq yoxdur! - ŞƏRH
02:21 08.12.2023
Siyasət
474
Paşinyan hakimiyyəti bunu tam dəqiqliyi ilə bilir
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi yaxın günlərdə imzalana bilər. Bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Hətta bildirib ki, müqavilə 5-10 gün ərzində imzalana bilər: "Biz təkliflərimizi göndərmişik, bu artıq 6-cı mübadilədir... Əgər Azərbaycan heç nəyi dəyişməsə, yeni təkliflər irəli sürməsə, sülh müqaviləsinin imzalanması bir neçə gün ərzində baş verə bilər”, - Simonyan bildirib. "Bəli, biz sülhə doğru irəliləyirik. Bizim münaqişədə olduğumuz və bunun həlli mümkün olmayan məsələ olduğu barədə iddialar mənim üçün qəbuledilməzdir. Tarix bir çox hadisələrə şahidlik edib: İngiltərə və Fransa 116 il vuruşub, bir-birini öldürüb. Və bu gün İngiltərə və Fransa ən yaxın müttəfiqlərdir”. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan eyni regiondadır və bütün problemləri həll etməlidir.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycanın Qarabağ regionu üzərində öz suveren hüquqlarını bərpa etməsindən sonra, həqiqətən də, Ermənistan ilə yekun sülh sazişinin imzalanması üçün münbit şərait yaranıb. Analitik diqqətə çatdırıb ki, artıq iki ölkə arasında münaqişənin əsas səbəbi olan "boz zona" mövcud deyil:

"Rəsmi Bakı Azərbaycan ərazisində erməni separatizmini və terrorizmini məğlub edib, geopolitik səhnədən həmişəlik silib. Ona görə də, indi Ermənistan bu məsələni bəhanə etmək şansını tamamilə itirib. Ancaq yaxın vaxtlarda yekun sülh sazişinin imzalanacağı barədə danışmaq da bir qədər çətindir. Çünki Paşinyan hakimiyyəti bu mövzu ətrafında siyasi manipulyasiyalar etməklə məşğuldur. Məsələn, erməni siyasətçilər iddia edirlər ki, sülh sazişinin mətni böyük ölçüdə razılaşdırılıb, onu artıq imzalamaq olar. Məhz bu məqam rəsmi İrəvanın yeni oyun oynadığını göstərir. Yekun sülh sazişinin mətni böyük ölçüdə deyil, məhz tam şəkildə razılaşdırılmalıdır. Əks halda, rəsmi Bakı belə yarımçıq sənədi imzalamaz. Paşinyan hakimiyyəti də bunu tam dəqiqliyi ilə bilir. Ona görə də rəsmi İrəvan Ermənistanı beynəlxalq məkanda sülh sazişini imzalamağa hazır olan tərəf kimi göstərməyə çalışır".
Siyasi şərhçinin sözlərinə görə, halbuki rəsmi İrəvanın üzərində anlaşma əldə olunmuş üç prinsip əsasında sülh sazişinin imzalanmasını təklif etməsi, əslində, erməni hiyləgərliyidir və sülh prosesini bloklamaq niyyəti güdür: "Azərbaycan yekun sülh sazişinin imzalanması üçün beş prinsipial şərt irəli sürüb. Həmin şərtlərin hər birisi də beynəlxalq hüquq normalarına əsaslanır. Rəsmi Bakının həmin beş şərt qəbul edilməyənə qədər yekun sülh sazişini imzalayacağı qətiyyən inandırıcı görünmür. Çünki məhz həmin beş şərt qəbul edildiyi təqdirdə, yekun sülh sazişinin mətni tam razılaşdırılmış olacaq. Bu halda, sənədin imzalanması mümkün olacaq. Əks halda, rəsmi İrəvanın indiki açıqlamaları sadəcə, siyasi manipulyasiya xarakteri daşıyacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm