Türkiyədə Ahbap Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində müğənni Gülben Ergen ifadə vermək üçün İstanbul Ədliyyə Sarayına gəlib.
Sherg.az xəbər verir ki, Ergen məhkəmə binasına daxil olarkən jurnalistlərə "Yaxşılıqdan bəla doğar. Çox üzgünəm, çox incimişəm", - deyib.
İstanbul Baş Prokurorluğunun araşdırması çərçivəsində daha əvvəl Uğur Dündar, Mahsun Kırmızıgül, Elçin Sangu və Hayko Cepkin də ifadə verməyə çağırılıb.
Qeyd edək ki, istintaq mənzil və konteyner satınalmaları, şübhəli daşınmaz əmlak köçürmələri, maliyyə əməliyyatları və kommersiya əlaqələri üzrə aparılır. Məhkəmənin qərarı ilə Ahbap Dərnəyinə müvəqqəti idarəçilik (qəyyumluq) təyin edilib.