Seçki şəffaf olacaq
Yusif Nəzərli
08:25 01.12.2021
Elm və Təhsil
725
8 fakültə dekanı və 29 kafedra müdiri vəzifəsi boşdur
BDU-nun dekan vəzifələrinə başqa ali məktəblərin müəllimləri də namizədliklərini irəli sürə bilər
Təhsil Nazirliyi Bakı Dövlət Universitetində dekan və kafedra müdiri vəzifəsinə qəbul üçün müsabiqə elan edib. Təhsil Nazirliyinin məlumatında qeyd olunur ki, ali məktəbdə 8 fakültə dekanı və 29 kafedra müdiri vəzifəsi boşdur. Müsabiqədə iştirak etmək üçün sənədlər 1 ay müddətində qəbul ediləcək. Rəhbər vəzifələrin boş qaldığı fakültə və kafedralar arasında Mexanika-riyaziyyat, Fizika, Geologiya, Tarix, Filologiya, Sosial elmlər və psixologiya, Kitabxanaçılıq-informasiya, Biologiya fakültəsi, Nəzəri-fizika, Ümumi fizika və fizikanın tədrisi metodikası, Astrofizika, Fiziki elektronika, Yarımkeçiricilər fizikası, Ümumi və tarixi geologiya, Seysmologiya və Yer təkinin fizikası, Botanika və bitki fiziologiyası, Molekulyar biologiya və biotexnologiyalar, Rus dili kafedrası (humanitar fakültələr üzrə), Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası və sair, ümumilikdə 29 kafedraları var.
Müsabiqə ilə bağlı “Şərq”ə məlumat verən Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin rəhbəri, fəlsəfə elmləri doktoru Kamran Əsədov qeyd etdi ki, dekan və kafedra müdiri vəzifələrinə hər 5 ildən bir seçki keçirilir:
- Bu, uzun illərdir ki, belədir. Fakültə dekanı və kafedra müdiri vəzifələri seçkilidir. Bu vəzifələrə hər 5 ildən bir müsabiqə elan olunur. Ali məktəblərin rektorları ölkə Prezidentinin sərəncamı ilə təyin olunur. Amma o da 5 illik. Yəni istər rektor, istərsə də fakültə dekanı, kafedra müdiri vəzifələri müddətlidir. Sadəcə, fərq bundadır ki, rektor Prezident tərəfindən təyin edilir, dekanlar, kafedra müdirləri isə seçilir. Əvvəllər də bu belə olub, amma proses qapalı aparıldığı üçün ictimaiyyət bundan xəbər tutmurdu. Daxildə, öz aralarında qapalı seçki aparıb, dekan, kafedra müdiri “seçirdilər”. 5 illik müddət bitdikdən sonra açıq şəkildə müsabiqənin elan edilməsi prosesin daha şəffaf aparılmasına kömək edir.
K.Əsədov bildirdi ki, BDU-nun 17 fakültəsindən 13-də dekanların 5 illik müddəti artıq başa çatıb. 8 fakültə üzrə seçkilər indi keçiriləcək, 5-də isə bir qədər sonra:
- Müsabiqədə hər kəs iştirak edə bilər. Şəxs özü namizədliyini irəli sürür. “Hər kəs” deyərkən, müsabiqəyə yalnız BDU-nun müəllimlərinin qatıla biləcəyi şərtinin olmadığını bildirmək istəyirəm. Başqa ali məktəblərin pedaqoji heyətinə daxil olanlar namizədliklərini irəli sürə bilər. Təbii ki, bir sıra şərtlər var. Məsələn, namizədin elmi dərəcəsinin, 5 illik pedaqoji iş təcrübəsinə malik olması, dərc olunmuş elmi məqalələri və sair. Həmçinin, namizəd platformasını da təqdim etməlidir. Nə edəcək, idarəetmədə hansı yenilikləri həyata keçirməyi düşünür və sair.
K.Əsədov onu da qeyd etdi ki, baxmayaraq müsabiqə ümumi şəkildə, hər kəs üçün elan edilir, çox zaman fakültə dekanı, eləcə də kafedra müdirləri vəzifələrinə 5 illik müddəti bitmiş dekan və kafedra müdirləri yenidən təsdiqlənir:
- Hətta bəzən iki 5 illik müddətdən sonra yenə dekan və kafedra müdirləri olanlar da var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə husilərə hücum edəcək? - Hakan Fidan açıqladı
16:54 08.10.2026
Gündəm
Bakıda “Türkiyə-Azərbaycan Dostluq Konserti” keçiriləcək
16:53 08.10.2026
Mədəniyyət
Cəbrayılda mina partlayıb, mal-qara otaran şəxs xəsarət alıb
16:35 08.10.2026
Hadisə
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul etdi
16:01 08.10.2026
Gündəm
Abşeronda motoxuliqanlıqla bağlı 23 nəfər saxlanılıb
15:54 08.10.2026
Hadisə
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edilib
15:31 08.10.2026
Cəmiyyət
Rusiya Ermənistana Fransa ilə bağlı xəbərdarlıq etdi
15:05 08.10.2026
Dünya
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur