Valideynlər haqlıdırlar! -“Sagirdlərin dərs yükü ağırdır” – Narazılıq!
Valideynlər haqlıdırlar! -“Sagirdlərin dərs yükü ağırdır” – Narazılıq!
Yusif Nəzərli
11:20 01.12.2021
Elm və Təhsil
540
“Bəzən görürük ki, üçüncü, dördüncü sinif şagirdinə onun beyninin yeddinci, səkkizinci sinifdə qəbul edə biləcəyi material təqdim edilir və bu dəhşətdir”
“Cəmiyyətimizin təhsilə münasibətini dəqiq öyrənmədən digər ölkələrlə çox yalnış müqayisələr aparırıq”
“Məsəl üçün, eşidirik ki, Çində, Siqapurda, Amerikada şagirdlərin dərs yükü çoxdur və bunun öhdəsindən gələn şagirdlər təhsildə daha böyük uğur qazanırlar”
“Biz də uyğun olmasa belə, onu ölkəmizdə tətbiq etnəyə çalışırıq”
Tanınmış yazar Cavid Zeynallı “Facebook’ hesabında aşağı sinif şagirdlərinin dərs yükünün ağırlığı ilə bağlı paylaşım edib. Paylaşımda qeyd olunub:
“Oğlum üçüncü sinifdə oxuyur. Test tapşırığı verilir ki, nitq hissələri dil haqqında elmin hansı bölməsində öyrənilir? Morfologiya, fonetika, leksika. Sizcə, üçüncü sinif şagirdlərinin bunu keçməsi çox tez deyil? Dəqiq bilirəm ki, uşaq heç nə başa düşmür, sadəcə əzbərləyir. Belə çıxır, bu dərs proqramı ilə bunlar 7-ci sinifdə Noam Xomskini öyrənməyə başlayacaqlar. Biz də qalacağıq gözümüzü döyə-döyə..”. Paylaşıma bir çox valideyn tərəfindən mövcud durumdan narazılıq ifadə edən şərhlər yazılıb.
Məsələ təhsil sistemimizdə illərdir mübahisəli məsələlərdən olan şagirdlərin dərs yükünün ağırlığı mövzusunu yenidən gündəmə gətirib. Maraqlıdır, bu problem nədən qaynaqlanır və həll etmək üçün nə kimi tədbirlər görmək olar?
Bu sahədəki bütün narazılıqların tutarlı faktlara söykəndiyini bildirən “AzEdu.az” portalının baş redaktoru Elmin Nuri “Sherg.az”a söyləyib ki, bunlar haqlı etirazlardır:
“Bəzən aşağı sinif şagirdlərinin dərs proqramında çox uyğunsuz mövzulara rast gəlinir. Dərsliklərin hazırlanması özü xüsusi bir strategiyadır. Bu xüsusi psixoloji yanaşmalar tələb edir. Ələxsus da ibtidai sinif dərsliklərini tərtib edərkən ən incə detallarına qədər düşünmək lazımdır. Xaricdə eləcə də təhsil sisteminin inkişaf etdiyi uzaq şərq ölkələrində buna xüsusi önəm verirlər”.
Ekspert artıq dərsliklərdəki mülahizələri, akademik bilgiləri maraqlı metodlarla əvəz etməyin zamanı gəldiyi vurğulayıb:
“Hazırda xaricdə elə müəllimlər var ki, onların dərslərinin əsasını oyunlar təşkil edir. Bu dərsliklərdə də, tədris proqramında da öz əksini tapır. Bizdə isə təəssüf ki, nə dərsliklər akademik çərçivədən kənara çıxır, nə də müəllimlərimizin tədris forması dəyişir”.
E.Nuri ölkəmizdə ibtidai siniflərdə təhsil alan şagirdlərin dərs yükünün ağırlığına diqqət çəkib:
“Bəzən görürük ki, üçüncü, dördüncü sinif şagirdinə onun beyninin yeddinci, səkkizinci sinifdə qəbul edə biləcəyi material təqdim edilir. Bu dəhşətdir. Cəmiyyətimizin təhsilə münasibətini dəqiq öyrənmədən digər ölkələrlə çox yalnış müqayisələr aparırıq. Məsəl üçün, eşidirik ki, Çində, Siqapurda, Amerikada şagirdlərin dərs yükü çoxdur və bunun öhdəsindən gələn şagirdlər təhsildə daha böyük uğur qazanırlar. Biz də uyğun olmasa belə, onu ölkəmizdə tətbiq etnəyə çalışırıq”.
Baş yazar dünya təcrübəsinə söykənən hər hansısa bir tədris üsulunu ölkəmizdə tətbiq etməzdən öncə atılması vacib olan addımları sadalayıb:
“Bunu etməzdən öncə bir sıra suallara cavab tapmaq lazımdır. Məsəl üçün, biz buna hazırıqmı? Bizim cəmiyyətin qavraya biləcəyi tədris proqramının yükü hansı səviyyədədir? Bununla bağlı müəyyən sınaqlar, monitorinqlər, pilot layihələr həyata keçirilibmi? Məhz bunlardan sonra dərs yükünü artırmaq olar”.
E.Nuri sonda təəssüf hissi ilə bizdə bütün bunların həyata keçirilmədiyini söyləyib və bunun cəzasını şagirdlərin eyni zamanda valideynlərin çəkdiyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya