Axtarışda olan qaraçılar Azərbaycana keçməyə çalışarkən SAXLANILDILAR
09:59 10.09.2021
Arxiv
592
7 sentyabr tarixində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər aşkarlanıb.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, üçü azyaşlı uşaq olmaqla, 10 nəfərdən ibarət qaraçı milliyyətindən olan şəxslər saxlanılıb.
Araşdırma zamanı onlardan iki nəfərin eyni cinayət əməlini törətdiyinə görə hüquq-mühafizə orqanları tərəfindən axtarışda olması müəyyənləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb, azyaşlılar istisna olmaqla, saxlanılan şəxslər cinayət məsuliyyətinə cəlb olunublar.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Ümumiyyətlə, son dövr ərzində qaraçı milliyyətindən olan şəxslərin dövlət sərhədindən buraxılış məntəqələrindən kənarda Azərbaycan Respublikasından Gürcüstana və əks istiqamətdə dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərmə hallarının artması müşahidə olunur.
2020 və 2021-ci illər ərzində Azərbaycan-Gürcüstan və əks istiqamətdə dövlət sərhədini 34 halda pozmuş 140 nəfər saxlanılıb.
Bu şəxslər barəsində cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb, 63 şəxs isə azyaşlı olduğu üçün aidiyyəti üzrə icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiəsi üzrə komissiyaya və ya komissiyanın iştirakı ilə müvafiq aktla valideynlərinə təhvil verilib.
Buna baxmayaraq, saxlanılan şəxslərdən 13 nəfərinin təkrarən bir neçə halda dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd göstərmələri müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya