Ceyhun Bayramov diplomatlarla müşavirə keçirib
16:19 09.09.2021
Arxiv
537
Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi və nazir müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-in aidiyyəti struktur bölmələrinin və diplomatik nümayəndəliklərimizin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən "Report"a verilən məlumata görə, müşavirənin əsas məqsədi cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərdə ölkəmizin səmərəli iştirakının təmin olunması ilə bağlı müzakirələrin aparılmasından ibarət olub.
Ceyhun Bayramov sentyabr ayından etibarən bir sıra beynəlxalq təşkilatlarda tədbirlərin keçiriləcəyini və bu xüsusda payız aylarının XİN-in təqvimində önəmli yer tutduğunu qeyd edib. Nazir ölkəmizin sözügedən tədbirlərdə layiqincə təmsil olunması, lazımı səviyyədə və fəal şəkildə iştirakın təmin olunmasının əhəmiyyətini, habelə bu məqsədlərə nail olmaq üçün müvafiq əlaqələndirmə işlərinin gücləndirilməsi və bütün imkanların səfərbər edilməsinin vacibliyini vurğulayıb.
Müşavirə zamanı ölkəmizin beynəlxalq təşkilatlar yanında diplomatik nümayəndəliklərinin rəhbərləri çıxış edib və qarşıdan gələn tədbirlər, həyata keçirilən hazırlıq işləri, bu xüsusda irəli sürdükləri təklifləri səsləndiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə