Dünya intellektuallarının gözü Azərbaycanda

Nizami Cəfərov: “Təbii ki, bütün bunlar Azərbaycanın uğurudur. Çünki bu uğurlar Azərbaycanda qazanılmasaydı, belə bir cəsarətlə və məsuliyyətlə dünya miqyaslı hadisələrin təhlili verilə bilməzdi”
Bu gün Heydər Əliyev Mərkəzində "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Forumun açılış mərasimində iştirak ediblər.
Forumun dünya miqyasında ölkəmiz üçün böyük təcrübə olduğunu deyən millət vəkili Nizami Cəfərov "Sherg.az”a açıqlamasında qeyd edib ki, Azərbaycanın belə mötəbər forumlara ev sahibliyi etməyi çox vacibdir:
"Əsas məsələlərdən biri prezidentin çıxış edərək forumun əsas ideyasını və məzmununun əks etdirən nitqlər söyləməsidir. Həmin niqtlərin hamısında həm Azərbaycanın qazandığı nailiyyətlər, həm də ölkə başçısının hadisələri beynəlxalq səviyyədə təhlil etmək məharəti ifadə olunur. Təbii ki, bütün bunlar Azərbaycanın uğurudur. 
Çünki bu uğurlar Azərbaycanda qazanılmasaydı, belə bir cəsarətlə və məsuliyyətlə dünya miqyaslı hadisələrin təhlili verilə bilməzdi. Ona görə də cənab prezident beynəlxalq məsələləri dərindən bilən mütəxəssis kimi həm dünyada baş verən hadisələrə əsaslanır, həm də ölkədə baş verən inkişaf proseslərinə dünya miqyasında baxmağın nümunələrini verir. Düşünürəm ki, bu forum da əvvəlkilər kimi olduqca yüksək səviyyədə keçdi. 
Dünyanın intellektual adamlarının nəzəri və diqqəti ölkəmizdə keçirilən foruma cəlb olundu, onlar forumun müzakirələrində iştirak etdilər. Ən böyük üstünlük isə bundan ibarətdir ki, bu forum bütün dünya üçün maraqlıdır. Əsas məsələ forumda iştirak yox, forumda fikirlərin və mülahizələrin davam etməsidir. Bu fikirləri dünyanın taleyini düşünən insanlar, qurumlar və təşkilatlar müzakirə edirlər. Ona görə də V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmizdə keçirilməsi qlobal hadisədir”.
Yeganə Bayramova