Məmmədyarov liderliyi ələ keçirdi




Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi "Tata Steel Chess” turniri davam edir. Apasport.az saytının məlumatına görə, artıq yarışın 6-cı turuna yekun vurulub.

Super yarışda Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov hesabat turunu qələbə ilə başa çatdırıb.

O, qara fiqurlarla oynadığı partiyada Baskaran Adhibanla ilə üz-üzə gəlib. Olduqca gərgin mübarizə şəraitində gedən matçın 86-cı gedişində Hindistan təmsilçisi ağ bayraq qaldırıb.


Bu nəticədən sonra xalını 4,5-ə çatdıran "Şah” yarışın şəriksiz lideridi. O, keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) və Aniş Qirinin (Hollandiya) bərabərliyə razılaşması ilə hər iki idmançını yarım xal qabaqlayıb.



Qeyd edək ki, 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Yi Veylə qarşılaşacaq.