Türkdilli ölkələr anlaşma memorandumu imzalayıb - YENİLƏNİB
08:32 10.09.2021
Arxiv
812
Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşündə türkdilli ölkələr arasında müxtəlif İqtisadi zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.
“Report” xəbər verir ki, imzalanmadan əvvəl çıxış edən Türkiyənin ticarət naziri Mehmet Muş deyib ki, türkdilli ölkələrin əhalisinin sayı 160 milyon nəfər, illik iqtisadiyyatının ümumi dəyəri isə 1,1 trilyon ABŞ dollarıdır.
“Türkdilli ölkələr İpək Yolunun əhəmiyyətli hissəsini təşkil edir. Qarşıdakı dövrdə ölkələrimiz arasında xüsusən rəqəmsal iqtisadiyyat və yaşıl iqtisadiyyat sahəsində əməkdaşlığa əhəmiyyət veriləcəyinə inanırıq. Türkiyə olaraq bu sahədə hər cür dəstəyə hazırıq. Bu baxımdan Türk İnvestiyasa Fondu da üzv ölkələrə sərmayə qoyulması baxımından əhəmiyyətli olacaq”, - deyə o qeyd edib.
Türkiyəli nazir Azərbaycanla imzalanmış və bu ildən qüvvəyə minmiş preferensial ticarət sazişi barədə də danışıb və oxşar sənədin Özbəkistanla da imzalana biləcəyini deyib: “Özbəkistanla danışıqlarımızı bu il başa çatdırmağı düşünürük. Cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, milli valyutada ticarətə iş adamlarının etibarının olması üçün mərkəzi banklar və hökumətlər güvənli addımlar atmalıdır”.
12:04
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlər arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanacaq.
AZƏRTAC xəbər verir ki, memorandumun imzalanması Türk Şurasının iqtisadiyyat nazirlərinin 10-cu iclası çərçivəsində nəzərdə tutulur.
Anlaşma memorandumunda Müxtəlif İqtisadi Zonalar dedikdə, Azərbaycan və Qazaxıstanın Xüsusi İqtisadi Zonalarına, Qırğızıstan və Özbəkistanın Azad İqtisadi Zonalarına və Türkiyənin Azad Zonalarına istinad edilir.
Memorandumun məqsədi Azərbaycanda Xüsusi İqtisadi Zonalar sahəsinin inkişaf etdirilməsi, yeni investisiyaların cəlb edilməsi, TDƏŞ-ə üzv dövlətlərin bu sahədə inkişafından yararlanmaq, TDƏŞ-ə üzv dövlətlərin arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi ilə bağlı töhfə verməkdir.
Anlaşma memorandumu çərçivəsində həyata keçiriləcək fəaliyyətlərin koordinasiyası üçün tərəflərin müvafiq institutları tərəfindən birgə başçılıq ediləcək Birgə İşçi Qrupunun yaradılması nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana yenidən zərbələr endirib
23:13 14.07.2026
Dünya
Tramp Hörmüzlə bağlı qərarını dəyişdi: “İranı çox sərt vururuq”
23:12 14.07.2026
Gündəm
İranın Keşm adasında partlayışlar baş verib
22:59 14.07.2026
Dünya
ABŞ və İran arasında heç bir real razılaşma əldə olunmayıb - ŞƏRH
22:29 14.07.2026
Gündəm
Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi
22:02 14.07.2026
Dünya
Bu marşrutun hərəkət sxemi və avtobusları dəyişdirilir
21:49 14.07.2026
İnfrastruktur
TRT-nin Bakı nümayəndəliyinə yeni rəhbər təyin edildi
20:20 14.07.2026
Dünya
"Qəbələ" ilk yoxlama görüşündə "Kəpəz"i məğlub etdi
20:09 14.07.2026
Futbol
Küveyt ordusu: Düşmənin hava hədəfləri zərəsizləşdirilir
19:58 14.07.2026
Dünya
Tramp: ABŞ İran gəmilərinə qarşı tam blokada tətbiq edəcək
19:42 14.07.2026
Dünya
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə