Moskva ikili “oynayır”: “Üçtərəfli bəyanatdan çıxa bilərik”
Banuçiçək Kalbalıyeva
13:18 13.08.2021
Müsahibə
1599
Azərbaycan Müdafiə Nazirliyi bu günlərdə yaydığı bəyanatda Rusiyaya xəbərdarlıq edib. Bəyanatda deyilir: “Azərbaycan ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaq. Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”.
Bu, üçtərəfli razılaşmaya qol çəkən digər tərəflərə ciddi mesajdır. Həm Moskva, həm İrəvan başa düşməlidir ki, biz sadəlövh deyilik və hər şeyi görürük. Onlar “cığallıqlara” adekvat cavab vermək iqtidarında olduğumuzu da anlamalıdırlar.
“Sherg.az” olaraq Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ilə son prosesləri müzakirə etdik:
- Sözügedən bəyanatı necə qiymətləndirirsiniz?
- Rusların Qarabağa gəlişindən əvvəldən narazı idik. Ümidimiz oradakı türklərin fəaliyyətinin genişlənməsinə idi. Amma indi görürük ki, Rusiya Qarabağda “at oynadır”. Moskva üçtərəfli razılığın şərtlərinə zidd şəkildə erməniləri hələ də torpaqlarımızdan çıxarmayıb. Amma, əksinə, orada yeni postların qurulmasına göz yumur.
- Sizcə, Moskva bizim bu bəyanatımızdan dərs çıxaracaq?
- Əlbəttə, şimal qonşumuz öz mövqeyinə yenidən baxmalıdır. Xatırlatmamıza məhəl qoymasa, deməli, üçtərəfli razılıqların heç bir əhəmiyyəti yoxdur. Bu isə o deməkdir ki, biz həmin bəyanatlardan təktərəfli çıxa bilərik.
- Şimal qonşumuzun İrəvanın “şıltaqlılarına” göz yumması nə ilə bağlıdır?
- Bəli, Moskva ikili “oynayır”. Rusiyalı müdafiə naziri Sergey Şoyqu ilə erməni həmkarı Arşak Karapetyan arasındakı görüş zamanı müzakirə edilən məsələlər bunu deməyə əsas verir. Şoyqu öz səlahiyyətlərindən kənara çıxaraq hətta siyasi motivli açıqlamalar verdi. Onun “Ermənistan ordusunun yenidənqurulmasına kömək edəcəyik” bəyanatı isə İrəvanı Qərbdən qoparmağa hesablanıb. Amma bu, olmayacaq.
- Niyə?
- Çünki Rusiyanın maliyyə imkanları o qədər çox deyil. Ermənistan Qərbin pulu hesabına “yaşayır”. Və, əlbəttə, pul kimdədirsə, musiqini də o sifariş edir. Bu mənada Rusiya hərbi güclə Ermənistanı nəzarətdə saxlamağa çalışır.
- Yaxın gələcək üçün proqnozlarınız nələrdir?
- Rusiyanın Paşinyana haradək kömək edəcəyini demək çətindir. Amma baş nazirin danışıqlara hazır olmasına dair açıqlaması proseslərin bizim istədiyimiz kimi davam etdiyini göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:10 27.05.2026
Cəmiyyət
İsrail sözçüsü Livan vətəndaşlarına müraciət etdi
17:42 27.05.2026
Dünya
Futbol əfsanəsi Modriçdən gözlənilməz qərar
17:32 27.05.2026
Futbol